18 yaşlı Aysel evdən qaçmışdı. Anası onun otağına girdi və ürək döyüntüsü ilə stolun üstündəki məktubu gördü. Məktub Ayseldən idi və anasına yazmışdı. Titrək əlləri ilə anası məktubu götürdü və oxumağa başladı:
Əziz Anam...
Bağışla məni... Xahiş edirəm. Çünki mən öz yeni sevgilimlə Nicatla qaçmağa qərar verdim.
Mən onu çox sevirəm. Biz birlikdə çox xoşbəxt olacağıq...
O öz tatuları və pirsinqləri ilə çox gözəldi. Hələ motosiklini demirəm...Amma bu hələ hamısı deyil. O mənə deyir ki, biz birlikdə çox xoşbəxt olacağıq.
Onun meşənin dərinliyində bir evi var. Ora çox gözəldir. Yeri gəlmişkən biz marixuanadan da istifadə edəcəyik. Deyə bilərsən hardan?! Nicatin dostları hər gün bizimlə qalacaqlar bunun əvəzinde onlar bizi marixuanaya qonaq edəcəklər...
Anacan xahiş edirəm mənim üçün narahat olma.
Mənim artıq 18 yaşım var. Və mən artıq özüm öz qeydimə qala bilərəm. Mən nə vaxtsa sənə baş çəkməyə gələcəyəm ki, sən öz nəvələrini görəsən.
Sənin SEVİMLİ qızın..
P.S: Anacan! Mən düzünü yazmadım. Mən əslində qonşudayam.
Sadəcə səninlə kiçik bir zarafat elmək istəyirdim =) Əsəbləşmə də noolar bilirəm eşşəyliy eləmişəm :) ♥
Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Ümumi Letifeler