Molla Nəsrəddin bir bina evinin 2-ci mərtəbəsində qalır. Bunun üstündə də musiqiçilər qalır.Günlərin bir günü musiqiçilər evdə mahnı oxuyub,səs-küy yaradırlar.
Molla buna dözməyib qalxır yuxarı ki,şikayət etsin. Ev yiyəsinə öz narazılığını bildirir. Ev yiyəsi üzr istəyir və deyir ki,Molla dayı biz sabah televiziyada çıxış etməliyik. Ona hazırlaşırıq. Molla lənət şeytana deyib düşür aşağı. Sabahısı gün yenə də eyni hadisə təkrarlanır. Bu dəfə musiqiçilər: Sabaha konsertimiz var deyib,işlərinə davam edirlər. Molla yenə də lənət şeytana deyib qayıdır evinə.Sabah yenə də musiqiçilər səs-küy yaradırlar. Gözləyirlər ki,Molla dayı yenə də gəlib,şikayət edəcək.Nə qədər gözləyirlər gəlmir ki gəlmir. Axırda maraqlanırlar ki, niyə gəlmədi? Mollanın da evin qabağında damı var idi.Gedib onu orda görürlər.
Görürlər ki,Molla kibriti yandırıb yerə atır. Molladan soruşurlar: Niyə belə edirsən? Molla deyir: Sabah atanızı yandıracam,onun üçün hazırlaşıram! )))
Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Ümumi Letifeler