Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CEDDI GONDERIB

Bir kişinin inəyi itmişdi, axtara-axtara deyirdi:
- İlahi, elə et ki, inəyim nə mollaya, nə də seyidə rast gəlməsin.
Bunu eşidən bir nəfər soruşdu:
- Qardaş, bu nə sözdür deyirsən?! Necə yə'ni mollaya rast gəlməsin?
İnəyi itən kişi belə cavab verdi:
- İnək kimə rast gəlsə, həmin adam allahdan qorxacaq, soraqlaşıb özümə qaytaracaq. Amma molla tayfası onu kitabdan kitaba salıb halal eləyəcək və qaytarmayıb yeyəcək. Seyid olsa, lap pis. Deyəcək: «Cəddi göndərib!»)))


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 44 Bölmə: Ümumi Letifeler
loading...