Bir dəfə Çaplindən soruşurlar:
- Öləndən sonra harada olmağınızı arzurladınız - Cənnətdə və ya Cəhənnəmdə?
Aktyor deyir:
- İqlim Cəhətdən,əlbəttə cənnət yaxşıdır.O ki, qaldı yaxşı cəmiyyətə,şəksiz cəhənnəm yaxşıdır.
2) Bir şəxsi mühakimə edirlər.Hakim soruşur:
- Boynunuza alırsınız ki,qonşunuzun klarnetini oğurlamısınız?
- Bli boynuma alıram.Oğurlamışam.
- Siz klarnet çalansınız?
- Ömrümdə əlimə almamışam.
- Bəs o klarneti nə üçün oğurlamısınız?
- Məsələ burasındadır ki,mənim qonşum da heç klarnet çalmağı bilmir,ancaq səhərdən axşama kimi çalır.
3) Ərlə Arvad Sözləşirlər.Arvad deyir:
- Mən Əminəm ki,o dünyada cənnətdə arvadlar kişilərdən ayrı olurlar.
Əri cavab verir:
-Əlbəttə,elə olmasaydı,ora cənnət olmazdı ki!
4) Bir oğlan bir qıza vurulub atasına yazır:
"Əziz ata,mənə 10 şilinq göndər,sevgilimlə birlikdə şəklimizi çəkdirib sənə göndərim".
Ata yazır:
"5 şilinq göndərirəm.Qızın şəklini çəkdir göndər,səni mən onsuzda yaxşı tanıyıram.
Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Ümumi Letifeler