1. Uşaq proqramçı atasının yanına gəlir:
-Ata, niyə görə günəş həmişə şərqdən çıxıb qərbdə batır?
-Yoxlamısan?
-Hə, ata, yoxlamışam.
-Yaxşı yoxlamısan?
-Hə.
-İşləyir?
-İşləyir.
-Sən mənim canım ona daha deymə, dəyişiklik etmə. Əgər işləyirsə elə qalsın.
2. Təyyarədə proqramçı və mühəndis uçurlar. Mühəndis yatmağa hazırlaşır. Proqramçı ona təkliflə yaxınlaşır.
(P): - Gəl tapmaca oynayaq. Tapsan - mən sənə 5 dollar, yox - sən mənə 5 dollar və tərsinə.
(M): - Mən yatmaq istəyirəm, əl çək...
(P): - Gəl oynayaq! Asan oyundur!
(M): - Oynamaq istəmirəm. Mən yatmaq istəyirəm...
(P): - Yaxşı. Gəl belə. Mən tapıram - sən mənə 5 dollar, sən tapırsan - mən sənə 50 dollar. Gedər?
(M): - Yaxşı, gəl.
(P): - Bu günə kimi dünyada nə qədər ICQ abonenti var?
Mühəndis sakitcə 5 dolları çıxarıb proqramçıya verir.
(M): - İndi sən soruş!
Mühəndis bir-neçə dəqiqə fikirləşir və deyir:
- Yaxşı, o nədir ki, üç ayağa qalxır, dörd ayağa enir?
Proqramçı noutbuku açır, şəbəkəyə qoşur, dünyada bütün axtarış sistemlərində axtarır, çatlara girir, dostlarından soruşur, bütün dünyanın kitabxanalarını və arxivlərini gəzir, heçnə tapmır. Cibindən 50 "göy" çıxardır, mühəndisə verir. Mühəndir pulu götürür, qoyur cibinə və yuxuya hazırlaşır.
(P): - Hey, o nədir ki, üç ayağa qalxır, dörd ayağa enir?
Mühəndis sakitcə cibindən 5 dollar çıxardır, proqramçıya verir və yatır.
3. Heyvanxanada uşaq barmağı ilə primatlar olan qəfəsə tərəf göstərir və qışqırır:
- Ana ! Ana ! Bax - proqramçılar!
- Sən nəyə görə belə fikirləşirsən?
- Onlar atam kimidirlər ! - çirkli, tüklü və yanlarında "mazol" var !!
4. İgid yolnan gedir. Görür ki, əjdaha oturub. Gedir onun yanına və başını kəsir. Əjdahanın iki təzə başı çıxır. İgid ikisini də kəsir, yerinə dördü çıxır. Dördünü kəsir, səkkizi çıxır və s. Və nəhayət o 65535 baş kəsdikdən sonra əjdaha ölür. Çünki o 16 bitlik əjdaha idi.
5. Xakerin yanına lamer gəlir, ona işləməyən proqramının kodunu göstərir və soruşur:
- Məndə səhv hardadır?
- DNT-də!!!
Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Ümumi Letifeler