beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəyə görə Finlandiya təhsil sistemi ən yaxşılardan hesab olunur?

Economist Intelligence Unit agentliyinin Pearson mediaholdinqi üçün tərtib etdiyi reytinqə əsasən Finlandiyanın təhsil sistemi dünyada ən güclü sistemlərdən biri kimi tanınıb.

Reytinqdə 2-ci yeri Cənubi Koreya, 3-cü yeri isə Honkonq tutmuşdur. Yaponiya və Sinqapur isə müvafiq olaraq 4-cü və 5-ci yerləri bölüşdürürlər. Azərbaycanın adı bu siyahıda yoxdur, Rusiya 20-ci, ABŞ isə 17-ci yeri tutub.

Reytinq 2006-2010-ci illərdə məzun olmuş şəxslərin imtahan nəticələrinin beynəlxalq qiymətləndirilməsinə əsaslanır. Finlandiyanın ilk pillədə qərar tutması heç də təsadüfi deyil. 40 il öncə təhsil sistemində həyata keçirilən irimiqyaslı islahatlardan sonra, ölkənin məktəb-təhsil sistemi daima beynəlxalq reytinqlərin ilk pillələrində yer alır.

Bəs onlar buna necə nail olurlar? Hər şey çox sadədir: onlar, qərb dünyasının əksər ölkələrində qəbul olunmuş və kök salmış mərkəzləşmə modelinə əks gedirlər.

1. Finlərin uşaqları yeddi yaşı çatmayana qədər məktəbə getmirlər.

2. Onlar nadir hallarda ev tapşırığı edir və yeniyetmə yaşına çatmayana qədər imtahan vermirlər.

3. Təhsilin ilk altı ili ərzində məktəblərdə uşaqları biliklərinin qiymətləndirilməsi ümumiyyətlə həyata keçirilmir.

4. Finlandiyada yalnız bir mütləq xarakterli standartlaşdırılmış test vardır ki, bütün uşaqlar 16 yaşına çatanda bu imtahandan keçirlər.

5. Daha ağıllı və ya nisbətən axmaq olmasından asılı olmayaraq bütün uşaqlar eyni sinifdə oxuyurlar.

6. Finlandiyada orta hesabla bir şagirdə düşən məsrəf, ABŞ-a nisbətən 30% daha azdır.

7. Şagirdlərin 30%-i təhsilinin ilk 9 ilində əlavə müəllim yardımından istifadə edirlər.

8. Məzunların 66%-i kollecə daxil olur ( bu Avropada ən yüksək göstəricidir)

9. Ən güclü və ən geridə qalan məktəblilər arasındakı fərq bütün dünya üzrə ən minimal göstəricidir.

10. 93% finli məktəbin yuxarı siniflərini də başa vurur (bu ABŞ ilə müqayisədə 17,5% daha çoxdur).

11. Yuxarı siniflərdə oxuyan şagirdlərin 43%-i “yay məktəblərinə” də yazılırlar.

12. İbtidai siniflərdə oxuyanlar ( ilkin məktəblərdə) 75 dəqiqə tənəffüsdən istifadə edə bilirlər, halbuki ABŞ bu şagirdlər üçün tənəffüs dəqiqlərinin miqdarı 27-dir.

13. Müəllimlər gün ərzində cəmi dörd saat məktəbdə olur və həftədə 2 dəfə peşəkar təkmilləşmə kurslarını ziyarət edirlər.

14. Finlandiyada müəllimlərin sayı Nyu-York ilə müqayisə ediləcək səviyyədədir, halbuki eyni zamanda müəllimlərin sayı daha azdır (600 min ilə müqayisədə 1,1 milyon).

15. Məktəb təhsili 100% dövlət tərəfindən maliyyələşdirilir.

16. Finlandiyada bütün müəllimlər mütləq magistr dərəcəsinə malik olmalıdır, bu dərəcə tamamı ilə subsidiya edilir.

17. Milli təhsili planı özündə yalnız ümumi tövsiyələri əks etdirir.

18. Müəllimlərin əksəriyyəti universitetlərin Top-10% məzunları içərisindən seçilir.

19. Finlandiyada müəllimlərin orta başlanğıc əməkhaqqısı il ərzində 28 min dollar təşkil edir (2008-ci il məlumatına əsasən). ABŞ-da bu rəqəm 36 min dollardır.

20. 15 illik staja malik müəllimlərin əməkhaqqısı elə həmin universitetin məzunlarının orta əməkhaqqısını cəmi 2% üstələyir ( ABŞ-da bu rəqəm orta əməkhaqqının 62%-ni təşkil edir).

21. Müəllimlər üçün xüsusi əlavə ödənişlər nəzərdə tutulmayıb.

22. Müəllimlər həkimlər və hüquqşünaslar ilə eyni sosial statusa malikdirlər.
23. 2001-ci ildə aparılmış tədqiqata əsasən finlandiyalı şagirdlər riyaziyyat, mütaliə və digər elmlərdə ən yüksək yerlərdə qərar tutmuşdur.

24. Finlandiya oxşar demoqrafik göstəricilərə (situasiyaya) malik olan ölkələri qabaqlayır, məsələn Norveç, burada təhsil sistemi ABŞ-a analoji qurulub


Tarix: 08.12.2014 / 15:00 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Xaricdə təhsil