beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaricdə təhsilDyuk Universiteti

Dyuk Universiteti (Duke University) özəl tədqiqatlar universitetidir və ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində yerləşir. Tarixi 1838-ci ildən başlayan bu ali məktəb 1924-cü ildə tütün maqnatı Vaşinqton Dyukun şərəfinə Dyuk Universiteti adlandırılıb. "ABŞ xəbərləri və dünya hesabatı"na (U.S. News & World Report) əsasən, 2009-cu ildə "Amerikanın ən yaxşı məktəbi" nominasiyasında Dyuk Universitetinin Tibb Məktəbi tədqiqatlar sahəsində 6-cı, Hüquq Məktəbi isə 10-cu yeri tutub. Universitetin siyasi elmlər, sosiologiya, tarix, iqtisadiyyat və mədəni antropologiya departamentləri də ABŞ universitetləri arasında tez-tez əsas 20-likdə yer alırlar. "QS-World Rankings" jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Dyuk Universiteti 100 ən yaxşı ali məktəb Ardı »

Xaricdə təhsilKolumbiya Universiteti

Kolumbiya Universiteti (Columbia University) ABŞ-ın ən məşhur universitetlərindən biridir və Nyu-York şəhərinin Manhetten rayonunda yerləşir. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq liqasına daxildir. Universitetin rəsmi sənədlərində belə qeyd olunub: "Nyu-Yorkda birinci, ölkədə beşinci, özəl, azad məsləkli".

Yerləşir:Nyu-York şəhəri, ABŞ
Yaranma tarixi:1754-cü il
Tipi:Özəl
Prezidenti:Li C. Bollincer
İşçi heyəti:3566 nəfər
Tələbələrin sayı:6978 nəfər
Aspirantların sayı:15985 nəfər
Rəsmi saytı:www.columbia.edu
Tarixi
Harvard (1636), Yel (1701), Prinston (1746), Pensilvaniya (1751) universitetləri kimi Kolumbiya Universitetinin tarixi də ABŞ-ın tarixindən qədimdir. 1754-cü ildə yaranan bu təhsil ocağı tez bir müddətdə siyasi elita yetişdirməyə başlayıb.

XVIII əsrin əvvəllərində Nyu-York əhalisinin sayı sürətlə artırdı və burada universitetə böyük ehtiyac var idi, lakin İngiltərə kralları, nədənsə, bu məsələni Ardı »

Xaricdə təhsilXaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu

Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu" öz işinə start verib. Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələrlə bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışma əzmlərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ilk dəfə forum 2001-ci ildə keçirilib və o zaman onun təşkilatçıları məhz o illərdə dünyanın bir çox nümfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclər olub.

Xaricdə təhsil alan gənclərin sayının artıdığını diqqətə çatdıran nazir müavini söyləyib ki, ölkəmizin sürətli iqtisadi inkişafı Ardı »

Xaricdə təhsilÇoxlarının marağında olan TOEFL və İELTS haqqında

ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə İngilis dili imtahanlarından keçmək lazımdır. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri “İngilis dili xarici dil qismində” mənasını verən TOEFL-dur. Digəri isə “Beynəlxalq İngilis dili İmtahanı sistemi” anlamına gələn IETLS-dir . TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. IETLS testləri isə daha çox 121 ölkədə təşkil edilir. Bu imtahanların hər ikisini Azərbaycanda da vermək olar. ABŞ Təhsil İmtahan Xidmətinin sözçüsü Tom Evinq deyir ki, hər il təxminən bir milyon insan TOEFL imtahanı verir. IELTS-in icraçı direktoru Beril Meyronun sözlərinə Ardı »

Xaricdə təhsilKornell Universiteti

Kornell Universiteti (Cornell University) ABŞ-ın nüfuzlu və ən böyük ali məktəblərindən biridir. Universitet Nyu-York ştatının İtaka şəhərində yerləşir. Kornell Universiteti ABŞ-ın səkkiz nüfuzlu ali məktəbini birləşdirən Sarmaşıq Liqasına daxildir və bu qurumun ən gənc üzvüdür. Kornell Universitetinin İtakada yerləşən əsas kampusdan əlavə, Nyu-York şəhərində və Qətər dövlətində də kampusları mövcuddur. "U.S. News & World Report" ("ABŞ xəbərləri və dünya hesabatı") jurnalının reytinqinə görə, Kornell Universiteti Amerikada mühəndislik elmləri və mühəndislik fizikası sahələri üzrə birinci, psixiatriya və ortopedik cərrahiyyə üzrə isə ikinci yerdə dayanır. Böyük Britaniyanın "Times Hiqher Education Supplement - QS World Universities Rankings" jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə Ardı »

Xaricdə təhsilÇikaqo Universiteti

Çikaqo Universitetində İlahiyyat Məktəbi, Biznes Ali Məktəbi, Harris İctimai Siyasət Tədqiqatları Məktəbi, Hüquq Məktəbi, Pritsker Tibb Məktəbi, İctimai Xidmət Rəhbərliyi Məktəbi adlanan altı məktəb və təhsilin davam etdirilməsi üçün Graham ümumi Tədqiqatlar Məktəbi mövcuddur. Məktəblər bioloji, humanitar, təbiət və ictimai elmlər üzrə ixtisaslaşdırılıb. Hüquq Məktəbi Amerika Vəkillər Assosiasiyası, İlahiyyat Məktəbi ABŞ və Kanada İlahiyyat Məktəbləri Assosiasiyası, Pritsker Tibb Məktəbi Tibbi Təhsil Əlaqə Komitəsi tərəfindən akkreditə olunurlar. Universitetin nəzdində universitetəqədər təhsil məktəbləri də fəaliyyət göstərir (Çikaqo Universitetinin Laboratoriya Məktəbləri, Hayd-park Gündüz Məktəbi, Orthogenic Məktəb, Orta Məktəb Yay Proqramları).

Yerləşir:ABŞ, İllinoys ştatı, Çikaqo şəhəri
Yaranma tarixi:1890-cı il
Tipi:Özəl
Prezidenti:Robert Zimmer
İşçi heyəti:2168 nəfər
Tələbələrin sayı:5000 nəfər
Aspirantların sayı:9000 nəfər
Rəsmi Ardı »

Xaricdə təhsilAvstraliya Milli Universiteti

Avstraliya Milli Universiteti (Australian National University ) Avstraliyanın ən nüfuzlu və tanınmış dövlət ali məktəbidir. Universitet Avstraliyanın paytaxtı Kanberra şəhərində yerləşir. Avstraliya Milli Universiteti Avstraliyanın ən nüfuzlu səkkiz ali təhsil müəssisəsini cəmləşdirən "Səkkizlik qrupu"na, "Sakit Okean Regionu Universitetləri", "Astronomiya Tədqiqat Universitetləri" assosiasiyalarına və "Beynəlxalq Tədqiqat Universitetləri İttifaqı"na daxildir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Avstraliya Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 17-ci yerdə sıralanıb. Həmin jurnalın Avstraliya universitetləri üzrə apardığı reytinqə görə, Avstraliya Milli Universitetinin hər il birinci yerdə dayandığı məlum olub.

Yerləşir:Avstraliya, Kanberra şəhəri
Yaranma tarixi:1946
Tipi:Dövlət
İllik büdcəsi:760873000 Ardı »

Xaricdə təhsilMərkəzi Avropa Universitetinin Biznes Məktəbi

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ingiliscə Central European University Business School və ya qısaca CEU BS) - menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır.

Missiyası
MAU Biznes Məktəbinin liderləri inanır ki, dünyada sürətlə dəyişən şəraiti idarəetməyə bacaran menecerlərə ehtiyac var və onların fəaliyyətləri biznes, ictimai və təbii şəraitə əhəmiyyətli dərəcədə təsir edə bilər. Buna görə də bu biznes məktəbin missiyası inkişaf edərək daha qlobal missiyaya çevrildi Ardı »

Xaricdə təhsilTokio Universiteti

Tokio Universiteti (University of Tokyo) dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Tokio Universiteti 100 ən yaxşı ali məktəb arasında 22-ci yerdə sıralanıb. Tokio Universiteti Asiya qitəsinin ən nüfuzlu universitetidir.

Yerləşir:Yaponiya, Tokio şəhəri
Yaranma tarixi:1877-ci il
Tipi:Dövlət
İllik gəlirləri:4770845309 yapon yeni
(90 yapon yeni, təxminən, 1 ABŞ dollarına bərabərdir)
İşçi heyəti:5779 nəfər
Tələbələrin sayı:30000 nəfər
Rəsmi saytı: www.u-tokyo.ac.jp.
Tarixi
1877-ci ildə Meydzi hakimiyyəti hüquq, elm, ədəbiyyat və tibb departamentlərindən ibarət olan universitet yaradır və bu ali təhsil ocağına Tokio Daigaku, qısa olaraq Ardı »

Xaricdə təhsilMərkəzi Avropa Universiteti

Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞ və Macarıstan akkreditasiyalı magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir. 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir. Bu gün Mərkəzi Avropa Universiteti (MAU) – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin rəsmi veb-səhifəsi: www.ceu.hu

400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və Ardı »

Xaricdə təhsilHonq Konq Elm və Texnologiya Universiteti

Honq Konq Elm və Texnologiya Universiteti (Hong Kong University of Science and Technology) Honq Konqun Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Honq Konq Elm və Texnologiya Universiteti 100 ən yaxşı ali məktəb arasında 35-ci yerdədir. 1991-ci ildə yaradılan Honq Konq Elm və Texnologiya Universiteti az bir müddətdə Asiyanın ən nüfuzlu universitetlərindən birinə çevrilib. MBA proqramının tədrisinə görə, universitetin Biznes Məktəbi Asiyada 1-ci, dünyada isə 9-cu yerdə durur.

Honq Konq Elm və Texnologiya Universiteti Şərqi Asiya Universitetləri, Sakit okean Regionu Universitetləri Assosiasiyalarının Ardı »

Xaricdə təhsilPensilvaniya Universiteti

Pensilvaniya Universiteti (University of Pennsylvania) ABŞ-ın ən qədim universitetlərindən biridir və Pensilvaniya ştatında, Filadelfiya şəhərində yerləşir. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. Ali təhsil ocağı özəl universitet kimi fəaliyyət göstərir, lakin onu hərdən Steyt-Kollec şəhərində yerləşən Pensilvaniya Ştatının Dövlət (Pennsylvania State University), həmçinin Filadelfiya (Philadelphia University) universitetlərilə səhv salırlar. Pensilvaniya Universiteti humanitar və texniki elmlər üzrə geniş spektrdə elmi-tədqiqat işləri aparır. "The Times" qəzetinin hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Pensilvaniya Universiteti 12-ci yerdədir.

Yerləşir:ABŞ, Pensilvaniya ştatı, Filadelfiya
Yaranma tarixi:1740-cı il
Tipi:Özəl
Prezidenti:Emi Qutmann
İşçi heyəti:6314 nəfər
Tələbələrin sayı:19816 nəfər
Aspirantların sayı:9653 nəfər
Rəsmi saytı:www.upenn.edu


Pensilvaniya universitetinin Tarixi
Pensilvaniya Ardı »

Xaricdə təhsilMiçiqan Universiteti

Miçiqan Universiteti (University of Michiqan) Amerikanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet ABŞ-ın Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Miçiqan Universiteti 100 ən yaxşı ali məktəb arasında 19-cu yerdə sıralanıb. Bu ali təhsil müəssisəsi Amerika Universitetləri Assosiasiyasının ilk üzvlərindən biridir.

Yerləşir:ABŞ, Miçiqan ştatı, Enn Arbor şəhəri
Yaranma tarixi:1817-ci il
Tipi:Dövlət
İllik gəlirləri:4,1 milyard ABŞ dolları
İanə fondu:7,57 milyard ABŞ dolları
İşçi heyəti:6238 (akademik heyət), 38000 (inzibati heyət)
Tələbələrin sayı:56000 nəfər
Rəsmi saytı:www.umich.edu
Tarixi
Miçiqan Universiteti 1817-ci ildə Detroyt şəhərində Miçiqan ştatının qubernatoru və hakimləri tərəfindən Ardı »

Xaricdə təhsilEdinburq Universiteti

Edinburq Universiteti (University of Edinburgh) Avropanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet Böyük Britaniyada, Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşir. Böyük Britaniyanın ən gədim təhsil ocaqlarından olan bu universitet Şotlandiyada yaradılan dördüncü universitetdir. Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən "Russell Qrupu"na, eləcə də, "21 universitet" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Edinburq Universiteti 100 ən yaxşı ali məktəb arasında 21-ci yerdə sıralanıb.

Yerləşir:Böyük Britaniya, Edinburq şəhəri
Yaranma tarixi:1582-ci il
Tipi:Dövlət
İllik gəlirləri:592 milyon funt-sterlinq
(1 funt-sterlinq 1,6 ABŞ dollarına bərabərdir)
İşçi heyəti:6983 nəfər
Tələbələrin sayı:26138 nəfər
Rəsmi Ardı »

Xaricdə təhsilSinqapur Milli Universiteti

Sinqapur Milli Universiteti (National University of Singapore) Sinqapur Respublikasında yaranan ilk ali təhsil müəssisəsidir. Universitet tələbələrin çoxluğuna və tədris proqramının zənginliyinə görə də ölkənin ali məktəbləri arasında birinci yeri tutur. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə görə, Sinqapur Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 30-cu yerdədir. Bu ali təhsil müəssisəsi dünyada biotibbi, ictimai, dəqiq elmlər və maşınqayırma sahəsi üzrə tanınıb.

Sinqapur Milli Universiteti mütəmadi olaraq beynəlxalq elmi-tədqiqat konfranslarında iştirak edir. Zəngin Asiya təcrübəsini özündə birləşdirən universitet Sakit Okean regionu Universitetləri Assosiasiyasına, Beynəlxalq Tədqiqat Universitetləri Alyansına daxildir.

Yerləşir:Sinqapur Respublikası, Ardı »

Xaricdə təhsilStenford Universiteti

Stenford Universiteti (Leland Stanford Junior University - Kiçik Leyland Stenford adına universitet) Palo-Alto şəhəri yaxınlığında,Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-ın və bütün dünyanın ən nüfuzlu ali təhsilmüəssisələrindən biridir.

Universitetin tərkibində Stenford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə -biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara,genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir.

Yerləşir:ABŞ, Kaliforniya ştatı
Yaranma tarixi:1891-ci il
Tipi:Özəl
Prezidenti:Con L.Hennessi
İşçi heyəti:1878 nəfər
Tələbələrin sayı:6812 nəfər
Aspirantların sayı:8328 nəfər
Rəsmi saytı:www.stanford.edu
Tarixi
Universitetin yaradıcıları dəmiryolu maqnat ıLeyland Stenford və onun həyat yoldaşı Ceyndir.Leyland Stenford Kaliforniyanın ən varlı biznesmenlərindən Ardı »

Xaricdə təhsilÇində əcnəbi tələbənin yaşadıqları

Əgər sən bir çinliyə bənzəmirsənsə, o zaman küçədə insanlar səni barmaqla göstərib səni müzakirə etməyə başlayacaqlar.

Çin yataqxanasının standart otağında 6, yaxud 8 tələbə yaşayır.

Bu yataqxanalarda mətbəx yoxdur və hər mərtəbədə cəmi 1 yaxud 2 ayaq yolu var.

Qızlar və oğlanlar ayrı yaşayır.

Məktəblərdə dərslər 8.00-da başlayır və 17.00-da bitir. Dərslər vaxtından bir az əvvəl bitə bilər. Lakin şagirdlər buna baxmayaraq, siniflərdə oturmalı və dərslərini hazırlamalıdırlar.

Valideynlər hər gün şagirdləri məktəbə gətirir və evə aparırlar. Çünki burada çox tez-tez uşaqlar oğurlanır, əlləri, barmaqları, ayaqları sındırılır və əvəzində pul istənilir.

Bu ölkədə ən yaxşı müəllimlər eyni sinifdə 70-90 şagirdə dərs keçən müəllimdir. Müəllim nə qədər pisdirsə, bir Ardı »

Xaricdə təhsilBudapeştdə və ya Vyanada təhsil al, Britaniyanın ən nüfuzlu diplomlarından birini əldə et

International Business School Budapest (Macarıstan) The University of Buckingham(Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir.
IBS-də oxumağın üstün cəhətləri:
— Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
— Dünyanın 80-dən çox ölkəsindən 1200-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;
— Digər xarici dilləri (rus, ispan, alman, macar, fransız və s.) öyrənmək imkanı; — Əla şəraiti olan kampus, müasir tədris binası, rahat yataqxanası, idman zalı, yeməkxanaya malik olması; — Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi Ardı »

Xaricdə təhsilİsveçrə Federal Texnologiya İnstitutu

İsveçrə Federal Texnologiya İnstitutu (ETH Zurich — Swiss Federal Institute of Technology) Avropanın ən nüfuzlu, yüksək tədqiqat göstəricilərinə malik elm və texnologiyalar mərkəzidir. İnstitut İsveçrənin böyük şəhəri Sürixdə, Avropanın mərkəzində yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, İsveçrə Federal Texnologiya İnstitutu 100 ən yaxşı ali məktəb arasında 20-ci yerdə sıralanıb.

Yerləşir:İsveçrə, Sürix şəhəri
Yaranma tarixi:1855-ci il
Tipi:Dövlət
İllik gəlirləri:1 milyard 263,8 milyon CHF (İsveçrə frankı), (1CHF 0.979 ABŞ dollarına bərabərdir)
İşçi heyəti:372 professor, 9 049 inzibati işçi
Tələbələrin sayı:15093 nəfər
Rəsmi saytı:www.ethz.ch
ETH-Zurich
Tarixi

7 fevral 1854-cü ildə İsveçrə dövlətinin Federal parlamenti «Dəqiq, siyasi və Ardı »

Xaricdə təhsilMacarıstanda aşağı xərclərlə yüksək keyfiyyətli təhsil

Macarıstanda yerləşən BKF (ingiliscə “University of Applied Sciences, Budapest”, macarca “Budapesti Kommunikaciós és Üzleti Főiskola”) adlı ali məktəb Macarıstanın ən böyük özəl ali məktəbidir. Bu ali məktəb əcnəbilərə ingilis dilində təhsil proqramları təklif edir. BKF-də oxumağın üstün cəhətləri:

— Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
— Universitetin tələbələrinin 72,5 %-nin məzun olduqdan sonra cəmi 3 ay ərzində yüksək səviyyəli işlər tapması.
— Dünyanın bir çox ölkəsindən 8000-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;
— Əla şəraiti olan kampus, müasir tədris binasına olması;
— Erasmus proqramı çərçivəsində bir çox Avropa Birliyi ölkəsində partnyor universitetlərdə təhsil almaq imkanı;
Ardı »