beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Macarıstanda aşağı xərclərlə yüksək keyfiyyətli təhsil

Macarıstanda yerləşən BKF (ingiliscə “University of Applied Sciences, Budapest”, macarca “Budapesti Kommunikaciós és Üzleti Főiskola”) adlı ali məktəb Macarıstanın ən böyük özəl ali məktəbidir. Bu ali məktəb əcnəbilərə ingilis dilində təhsil proqramları təklif edir. BKF-də oxumağın üstün cəhətləri:

— Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
— Universitetin tələbələrinin 72,5 %-nin məzun olduqdan sonra cəmi 3 ay ərzində yüksək səviyyəli işlər tapması.
— Dünyanın bir çox ölkəsindən 8000-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;
— Əla şəraiti olan kampus, müasir tədris binasına olması;
— Erasmus proqramı çərçivəsində bir çox Avropa Birliyi ölkəsində partnyor universitetlərdə təhsil almaq imkanı;
— Tələbələrə qayğı ilə yanaşma, problemlərin vaxtında həll olunması, müxtəlif maraqlı və əyləncəli tədbirlərin təşkil olunması;
— Hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı;
— Macarıstanın paytaxtı Budapeştdə qiymətlərin Bakıya nisbətən daha ucuz olması;

İxtisas və proqramlar



Kommunikasiya

›› Kommunikasiya və media elmləri (bakalavr, 6 semestr)

›› Kommunikasiya və media elmləri (magistr, 4 semestr)



Biznes

›› Biznes inzibatçılığı və menecment (bakalavr, 7 semestr)

›› Beynəlxalq biznes iqtisadiyyatı (bakalavr, 7 semestr)

›› Kommersiya və marketinq (bakalavr, 7 semestr)



Turizm

›› Turizm və iaşə (bakalavr, 7 semestr)

›› Turizm menecmenti (magistr, 4 semestr)



İncəsənət

›› Animasiya (bakalavr, 6 semestr)

›› Sənətkarlıq (bakalavr, 6 semestr)

›› Film və media tədqiqatları (bakalavr, 6 semestr)

›› Qrafik dizayn (bakalavr, 6 semestr)

›› Media dizaynı (bakalavr, 6 semestr)

›› Fotoqrafiya (bakalavr, 6 semestr)

›› Televiziya yaradıcılığı (bakalavr, 6 semestr)



İngilis dili hazırlığı proqramları

İngilis dili biliklərinizi aşağı səviyyədən orta və ya yüksək səviyyəyə inkişaf etdirmək üçün 1 və ya 2 semestrlik proqramlardır.

Bütün proqramlar üzrə dərslər hər il fevralda və sentyabrda başlayır.



Təhsil xərcləri

Tələbələr bütün xərclərini (təhsil haqqı, sığorta, viza, nəqliyyat, yemək, qalmaq xərcləri və s.) özləri ödəməlidirlər.

Təhsil haqları (hər semestr üçün avro ilə):

* Magistr proqramları — 3200 avro

* İntensiv ingilis dili proqramı — 1500 avro

* İncəsənət üzrə bakalavr proqramları — 2900 avro

* Digər bakalavr proqramları – 2100 avro



Bütün proqramlar üzrə sənəd qəbulu başlayıb və 15 iyuna kimi davam edəcək. Mayın 5-nə kimi qeydiyyatdan keçib təhsil haqqını ödəyənlərə ali məktəb təhsil haqqında 10 % endirim edir.



Sənəd qəbulu

Bütün proqramlar üzrə sənəd verərkən 95 avro sənəd qəbulu rüsumu (application fee) ali məktəbin bank hesabına köçürülməlidir.

Hər proqram üzrə tələb olunan sənədlərin siyahısı:



Bakalavr proqramlarına qəbul üçün:

1. Ərizə formasını doldurmaq.

2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;

3. Attestatın ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ 11-ci sinifdə oxuyanlar bu sənədin əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.

4. Ən azı IELTS 5.0 və ya TOEFL IBT 61 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet tərəfindən Bakıda təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.



Magistratura proqramlarına qəbul üçün:

1. Ərizə formasını doldurmaq.

2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;

3. Bakalavr diplomunun ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Bakalavrın son ilində olanlar diplomun əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.

4. Ən azı IELTS 5.0 və ya TOEFL IBT 61 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet tərəfindən Bakıda təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.



İngilis dili kursları üçün:

1. Ərizə formasını doldurmaq.

2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;

3. Son təhsil sənədinin (bakalavr və ya magistr diplomu, diplom olmadıqda isə hazırki təhsil müəssisəsindən arayışın) ingilis dilinə tərcümə və təsdiq olunmuş surəti (vacib deyil, amma arzuolunandır);

4. İstənilən növ ingilis dili sertifikatı (vacib deyil, amma arzuolunandır).



Ali məktəbə qəbul haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə vasitələri:

Study in Hungary — Azərbaycan nümayəndəliyi
+994 50 257 11 41 (Bakı)
+36 70 428 46 39 (Budapeşt)
http://instagram.com/study_in_hungary
https://twitter.com/study_hungary
https://www.facebook.com/WhyTo ... ngary
www.study-hungary.com
info@study-hungary.com


Tarix: 08.12.2014 / 15:00 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Xaricdə təhsil