beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Açıq yaralar, yanıqlar

Gigiyena məqsədilə açıq yaraları sarımsaqlı sirkə ilə yumaq olar. Bu məqsədilə 30q sarımsağı xırdalayaraq 0.5L sirkədə 10 gün saxlayır, sonra istifadə edirlər.
Yanıqdan sonra əmələ gələn yaralar və həmçinin çiban yarası üçün çiy kartofu əzib zeytun yağı ilə qataraq, təpitmə kimi onun üzərinə qoyurlar. Şişi olan yaraları kələm ilə bağlamaq məsləhət görürlər. Kələmin yarpağını təmiz yuyur, sonra qaynar suda saxlayaraq onu yumşaldır. Həmçinin almanı həvəngdə əzib öz şirəsində bişirir, məlhəm kimi yara üzərinə sürtürlər. Ona özü miqdarda zeytun yağı əlavə etmək daha faydalıdır. Yaraları yumaq üçün, qozun 50–60q yaşıl qərzəyini 1L suda qaynadaraq məhlul hazırlayırlar.
Yaraları bitişdirmək baxımdan ən tanınmış vasitələrdən biri bağayarpağıdır. Yaraları yumaq, sağalmasına da kömək etmək üçün, dəfnə yarpağından hazırlanan məhluldan da istifadə edilir. Bunun üçün 20–30q dəfnə yarpağını 1L dağ suda dəmləyir, sonra süzüb yaranı yuyur və ya parçanı həmin suda isladaraq yara üzərinə qoyurlar.
Yemiş içini yanıq üzərinə qoymaq yaxşı tə”sir göstərir. Kartofu əzərək yanıq üzərinə qoymaqla, ağrıları sakitləşdirmək olar. Onu əzərək zeytun yağı ilə təpitmə hazırlayır, yanıqdan sonra əmələ gələn yaralar üçün istifadə edirlər. Ispanaq yarpağını yağda bişirib, ondan yanığa qarşı istifadə etmək olar. Bu baxımdan kahı yarpağı da faydalı basitə hesab edilir. Yarım fincan heyva şirəsinə onun döyülmüş toxumlarını qatır, bir müddətdən sonra əmələ gələn şirəni yanıqdan, yaranın şiş üçün işlədirlər. Günəşdən yanmanın qarşısını almaq üçün, dərini heyva üçərisində olan qəliz maye ilə sürtürlər.


Tarix: 27.08.2012 / 23:31 Müəllif: Behlul Baxılıb: 1046 Bölmə: Xalq Tebabeti