Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamaq tədbirləri

Arıqlıq köklükdən yaxşıdır. Köklük halında bədən hərəkətdən aciz qalar, damarlar daralar, qan dövranı adi vəziyyətdən çıxar, qəflətən ürəksıxılması, ürəkdöyüntüsü, təngnəfəslik, iflic və s. törədə bilər.
Arıqlamaq üçün pəhriz saxlamaq, yağlı və şirin xörəklərdən çəkinmək, xörəkdə turş, duzlu və kəskin ədviyyələrdən (istiot, zəncəfil, cirə, xardal) istifadə etmək, nisbətən quru çörək, arpa və darı çörəyi yemək, soğan, sarımsaq, vəzəri işlətmək məsləhətdir. Yeməkdə sirkə işlətmək də bu baxımdan faydalıdır. Bu zaman 2.4q sədəfotu toxumunu 16.8q yarpağı və zoğu ilə qatıb, bir neçə gün ac qarına yemək məsləhətdir. Həmçinin tərqovucu vasitələr işlətmək çox müsbət tə”sir göstərir. Arıqlamaq məqsədilə kökəlmənin əksinə olan tədbirlər işlətmək, tez-tez hamamlanmaq, hamamda tərləmək, mə”dən sularında çimmək, çoxlu hərəkət etmək kimi profilaktik tədbirlər görmək məsləhətdir.
Kökəlmənin qarşısını almaq üçün, əsasən yağlı xörəklərdən ət, süd, pendir, kərə yağı, yumurta, düyü və s. kimi qidalardan pəhriz saxlamaq, xörəkdə az duz işlətmək, üzüm rejiminə keçmək, portağal, limon, şaftalı, çiyələk və qarpız yemək yaxşı nəticə verə bilər. Səhər yeməyi əvəzinə portağal, limon və alma ilə qənaətlənmək olar. Köklüyə qarşı kahı, şalğam və başqa tərəvəz məhsulları, turş alma, heyva, turş nar, limon, portağal çox işlədilməlidir.


Tarix: 28.08.2012 / 00:26 Müəllif: Behlul Baxılıb: 1874 Bölmə: Xalq Tebabeti
loading...