beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş ağrısı

Başağrılarının səbəbləri müxtəlif ola bilər: qan azlığı və ya qan təzyiqi, həzm prosesinin pozulması, əsəbi narahatlıq, soyuqdəymə, yorğunluq və s.
Həzm pozlunluğu nəticəsində törəyən başağrısını aradan qaldirmaq üçün hər şeydən əvvəl asanlıqla həzm olunan qida maddələrindən istifadə etmək, yorğunluqdan olan adi baş ağrıların sakitləşdirmək üçün gəzintiyə çıxmaq və ya hamamlanmaq lazımdir.
Miqren (başın bir hissəsinin ağriması) zamanı adamlar özlərində əzginlik, yorğunluq, daxili narahatlıq hiss edirlər. Ağrı bir müddət davam edir, sonra çəkilir. Bunun səbəbləri müxtəlifdir: qara ciyərin funksiyasının pozulması, dişlərin xarab olması, həddən çox işləmək, çox yağlı xörəklər yemək. Bu cür xəstələr qida rejimini tənzimləməlidir. Ağrı başlayərkən alma şirəsi içmək, boyun və çiyin nahiyələrini bir qədər masaj etmək, pərpərən yarpaqlarını təpitmə kimi ağrıyan yerə qoymaq faydalıdır. Ayaqları ilıq suya salmaq da ağrının sakitləşməsinə kömək edir.
Kasnı toxum baş ağrısı üçün xeyirlidir. 25-30q paxla çiçəyini 1L qaynanmış suda dəmləyib işlətmək miqren üçün faydalı hesab edilir. Mərzə də bu baxımdan xeyirlidir. 1 çay qaşığı qurusunu 1 fincan qaynanmış suda dəmləyərək işlədirlər.
Miqren və başqa başağrıları zamanı 5-10q reyhanı 1 fincan qaynanmış suda dəmləyir, süzüb bal və ya şəkər ilə bir qədər şirinləşdirərək yeməkdən sonra içirlər. Limon şirəsi müxtəlif başağrıları və baş gicəllənməsi hallarında yaxşı tə”sir bağışlayır. Portağal da baş və əsəb ağrılarına qarşı faydalıdır.
Başağrısı zamanı kəklikotu çayından istifadə etmək məsləhətdir. Şiddətli başağrısını sakitləşdirmək üçün kələm yarpağından istifadə etmək olar. Kələmin üst yarpaqlarını əzib yumşaldir, od üzərində bir qədər bişirib, sonra onu ilıq halda ağrıyan yerə qoyur və yun parça ilə bağlayırlar. Gündə 2-3 dəfə bunu təzələmək lazımdir.
Reyhan və nanə yarpağını iyləmək də başağrısını sakitləşdirir. Xörəkdən qabaq gavalı yemək məsləhət görülür. Çobanyastığı çiçəyinin dəmləməsi baş xəstəlikləri və baş ağrıları zamanı faydalı dərmanlardan hesab edilir. Baş ağrılarına qarşı faydalı olan bitkilərdən xiyarı, bənövşə, şəbbugülü və xardalı da göstərmək olar.
Zəncəfil şirəsini küncüd və ya gül yağı ilə qarışdırıb başa sürtükdə ağrı kəsilir. Göy rəngli, yarımkol bitki olan və kəskin nanə qoxusu verən lavanda (Lavandula stoechas) başağrısı üçün ən kəsərli vasitədir. Onun şirəsini su və ya bal şərbəti ilə içirlər. Gün istisindən əmələ gələn baş ağrısının dərmanı isə üzüm şirəsidir. Onu qaynadıb başin ağrıyan yerlərinə məlhəm kimi sürtmək lazımdir. Həmçinin bu zaman göy süsəni qaynadib suyunu ilıq halda başa sürtmək lazımdir. Zəif baş ağrısı zamanı göy süsəni iyləmək kifayətdir. Zə”fəranı sirkədə həll edib məhlulunu başın ağrıyan yerlərinə sürtükdə ağrı dayanır. Başağrısını dayandirmaq üçün xaşxaşı axşam sirkədə qaynadib sürtmək səhər isə onu gül yağı ilə qarışdırıb iyləməklə özünü asqırtmaq lazımdır. Həmçinin sədəfotu gül yağı və sirkə ilə qatılıb məlhəm kimi kompress edilir. Şüyüd 5 ədəd göy süsənlə suda qaynadılır, alınan məhlul boyun nahiyəsinə sürtülür. Çobanyastığı, yasəmən, sədəfotu, şüyüd və acı badamın yağını qatışdirıb isitmək, sonra onu damcı şəklində burun və qulağa tökmək lazımdir.
Yaşıl reyhanı iyləmək, kətan çöpünü yandırmaq və başı onun tüstüsünə vermək zökəm üçün yaxşı dərmandır. Başı əzvayın buxarına vermək zökəm və burun tutulmasına qarşı tə”sirli vasitədir. Təzə lobya zəkəm üçün ziyandır.
Qərənfil şərbəti beyinə yaxşı tə”sir etməklə diqqəti toplamağa kömək edir, skleroza qarşı işlədilə bilər. Müşk, ruh düşkünlüyünə qarşı yaxşı dərmanıdır.
Sədəfotu yağı ilə 0.05 q kükürdü həll edib buruna damcılatmaqla və ya 0.6 q kükürdü təzə südə qatıb ayın əvvəlində 3 gün, sonunda 3 gün buruna damcılatmaqla özünü asqırtmaq baş gicəllənməsi və bir yerdə qərar tuta bilməmək hallarında yaxşı vasitədir.


Tarix: 27.08.2012 / 23:26 Müəllif: Behlul Baxılıb: 1804 Bölmə: Xalq Tebabeti