Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Xalq TebabetiAvitaminoz

100 q yuyulmuş, xırdalanmış cavan tozağacı yarpaqlarının üzərinə 2 stəkan qaynanmış isti su tökmək, 3-4 saat dəmdə qoyaraq süzmək lazımdır. C vitamini çatışmazlığında gündə 2-3 dəfə 1 stəkan içmək lazımdır. Ardı »

Xalq TebabetiQurd və parazitləri tökmək üçün

* 3-4 diş sarmısağı bir stəkan suda saxlayın,süzün və imalə edin.

*1stəkan süddə bir necə diş sarmısağı yumşalana kimi qaynadın.Südü süzün,soyudun və və imalə edin.Bu üsulu uşağa da etmək olarş. Ardı »

Xalq TebabetiHəşərat və ilan sancmasına qarşı vasitələr

Keçmişdə adamı arı, əqrəb, ağcaqanad, ilan və s. sancarkən zəhərlənmənin qarşısını almaq üçün müxtəlif tədbirlər görürdülər. Onların bə”ziləri ilə tanışlıq maraqlıdır.
Həşərət və ya arı sancarkən onun tikanı dəridə qalarsa, əvvəlcə tikanı çıxarır, həmin yerə yumurtanın ağı sürtülmüş tərə yarpağı və ya kəklikotu yarpağından təpitmə hazırlayıb qoyurlar. Bə”zən yalnız turşəng sürtməklə kifayətlənmək olar. Ağcaqanad və başqa həşəratın dişlədiyi yerə soğan qoymaqla, qaşınmanın qarşısını xeyli almaq mümkündür. Sancılan yerə bir az zə”fəran qatılmış nişasta sürtmək də faydalıdır. Cə”fəri yarpağının təpitməsi həm şişmənin qarşısını alır, həm də yaranı sağaldır. Faydalı təpitmələrdən biri də kələmin bişmiş üz yarpağından hazırlanır.
Qoz yarpağını bədənin açıq yerlərinə Ardı »

Xalq TebabetiHəzmlə bağlı problemlər

Yaxşı çeynəmədən tez udmaq zəiflik, yorğunluq hallarında daha çox baş verir. Həzm orqanlarının xəstəliyi vaxtında müalicə olunmasa, mə”də xorası və başqa hallar baş verər. Hamünasib xörəklər yemək, yeyən zaman çoxlu soyuq su içmək, qızardılmış yağlı xörəklər: erdək əti, qaz əti, çoxlu ədviyyə) şirniyyat işlətmək də həzmin pozulmasına səbəb olur. Belə olduqda səhərlər 10 gün ərzində bir qədər albalı yemək, günortaya qədər başqa xörək yeməmək məsləhət görülür. Armudu yaxşı çeynəyib yemək həzmin pozulmasına qarşı faydalıdır. Bu baxımdan limon şirəsi də xeyirli hesab edilir. Yumurtanın ağını köpüklənə qədər yaxşıca çalır, tədrıcən 2–3 qaşıq qaynanmış sərin su qatır, sonra isə xoşməzə olmaq üçün bir Ardı »

Xalq TebabetiCinsi fəaliyyət

Cinsi fəaliyyətin saxlanması və gücləndirilməsi məsələsi, qədimdə və orta əsrlərdə təbabət elmini diqqət mərkəzində dayanmışdır. Bu məsələdə əsas yer qadalanmaya verilir. Cinsi fəaliyyətin zəifləməsi orqanizmin tez qocalmasına, insanın ruhi və mə”nəvi cəhətdən tez düşməsinə səbab olur. Keçmiş təbiblərin fikrincə razyana və rəhvəni çox işlətmək cinsi fəaliyyəti zəiflədir, bunun əksinə olaraq darçın, istiot, əncir, kahı və püstə cinsi fəaliyyəti gücləndirir. hindqozunun içərisində olan süd kimi maye və yabanı kökdən hazırlanmış mürəbbə ğıcıqlandırıcı xassəyə malikdir. Balıq kürüsü yaxşı qida olmaqla yanaşı, cinsi fəaliyəti qüvvətləndirir. bu məqsədlə ləpəli meyvələrdən qoz və püstə, başqa bitkilərdən mərəçüyüd, səhləb, nanə, südlə bişirilmiş şalğam, səməni halvası və yetişməmiş Ardı »

Xalq TebabetiÖskürək

Öskürək müxtəlif olduğu kimi onun səbəbləri də müxtəlif olur. Quru, boğazdan gələn öskürək, bə”zən yarımçıq halda olur. Bronxitdən olan öskürək əvvəlcə quru və qısa, sonra ağrılı və bəlğəmli olur. Uzun müddətli olan qara öskürək adətən uşaqlarda daha çox baş verir.
Bu zaman 20q reyhan yarpağı və çiçəyini 20q kəklikotu ilə qatışdırır, üzərinə 1L qaynar su tökür, 10–15 dəq dəm aldıqdan sonra 2 qaşıq bal qatıb, hər yarım saatdan xəstəyə 1 qaşıq verirlər. Yaxud bir ovuc kəklikotunu 1L suda qaynadıb süzür, sonra 250q balı da 1L suda qaynadıb onu da süzgəcdən keçirirlər. Daha sonra bu iki məhlulu qatışdırıb, hər gün 4–6 Ardı »

Xalq TebabetiAstma

4 çay qaşığı doğranmış ballıbaba otu üzərinə 1 litr qaynar su tökərək, 10 dəqiqə qaynadırlar, gеcəni saxlayırlar və süzürlər. Ondan gündə 3 dəfə 1/2 stəkan içirlər. Bu bitkinin çiçəklərini də istifadə еtmək olar: 2 xorək qaşığı çiçəyin üzərinə еv tеmpеraturunda 2 stəkan su tökərək 1saat saxladıqdan sonra süzürlər. Ondan gündə 3-5 dəfə 1/2 stəkan içirlər.

1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gündə 4 dəfə yеməkdən əvvəl 1 xörək qaşığı qəbul еdirlər. Bеlə rеsеpt də istifadə еtmək olar: 3 xörək qaşığı xırdalanmış təzə yarapaqları 3 xörək qaşığı balla Ardı »

Xalq TebabetiAtеrosklеroz

1 xörək qaşığı xırdalanmış quru bağayarpağı üzərinə 1 stəkan qaynar su tökürlər. 10 dəqiqə saxladıqdan sonra süzürlər. Dozanı 1 saat ərzində qurtumlarla içirlər. Bеlə rеsеpt də istifadə еtmək olar: tər yarapaqları diqqətlə yuyurlar, kəsərək şirəsini çıxarırlar. ½ stəkan şirəni həmin qədər balla qarışdıraraq 20 dəqiqə qaynadırlar. Onu gündə 2-3 xörək qaşığ qəbul еdirlər.

Çiyələk yarpaqlarından 1 xörək qaşığı götürərək üzərinə 1 stəkan qaynar su tökərək 10 dəqiqə dəmləyirlər, 2 saat saxladıqdan sonra süzürlər. Gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul еdirlər. Həlimini də aşağıdakı qaydada qəbul еtmək olar: 1 xörək qaşığı xırdalanmış yarpaqlar (yarpaq və köklərin qarışığı da ola bilər) üzərinə Ardı »