beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qan dövranının tənzimlənməsi

Qan dövranının pozulması hallarında 40q yemişanı 1L suda dəmləyərək istifadə edirlər. Zirinc şərbəti qan dövranının pozulması hallarında tənzimləyici vasitə kimi işlədilir. Bunu hazırlamaq üçün, 500q təzə dərilmiş zirinci 2L soyuq suda tökür və 2–3 saat saxlayırlar. Sonra şirəsini sıxıb, ona 600q şəkər qataraq, mülayim od üzərində şəkər həll olana qədər qızdırırlar.
Lakin şirə qaynamalı deyil. Daha sonra onu süzüb, ümumi miqdarı 1 L-ə çatanədək qaynanmış su əlavə edir və şüşə qaba doldurlar. Bu şərbəti ayrıca və yahud bir qədər su əlavə etməklə istifadə olar. Gün ərzində hər dəfə 30–150q miqdarında içmək lazımdır. Qan dövranının pozulması və qan tərkibinin pisləşməsi hallarında acqarına 1 baş sarımsaq işlətmək müsbət tə”sir göstərir. Səhərlər acqarına böyürtkən yemək və ya bir stəkan yerkökü şirəsi içmək yaxşıdır. Bu baxımdan qarpız, innab, kasnı, çiyələk və s.-ni də göstərmək olar. Qan tərkibinin yaxşı olması, qanın özünün saflığı və təmizliyi sağlamlıq üçün çox əhəmiyyətlidir. Şahtərə işlətmək qanın saflığı üçün xeyirlidir. Üçyarpaq yonca bu baxımdan faydalı olmaqla yanaşı, infeksiyaya qarşı da tə”sirlidir. Kərəviz zəhərli maddələri dəf edir, böyrəyi, qara ciyəri təmizləyir, qanı saflaşdırır. Səhər-səhər ac qarına 1 ədəd alma yemək qan üçün çox faydalıdır. Toyuq pətənəyinin dərisini qurudaraq yemək bədəndə təmiz qan yaranmasına kömək edir. Gicitkən yarpağının dəmləməsi də bu baxımdan xeyirlidir.
Bir sıra xəstəliklərdə qan qatı olur və laxtalanmağa başlayır, qan dövranı pozulur. Belə xəstələr portağal şərbəti (gün ərzində 6–8 stəkana qədər) içməlidirlər. Bu şərbətin tərkibi 1 hissə portağal və ya naringi, 4 hissə su və 30q şəkərdən (1L su üçün) ibarət olmalıdır. Xəstələr bir neçə gündən sonra qanın durulmağa başladığını hiss edir, 4–6 həftə ərzində isə qan laxtalanmasından törənən hallar – baş gicəllənməsi, bədəndə hiss olunan gərginlik aradan qalxır.
Bə”zi adamlarda qan həddindən artıq duru olur. Əgər xəstənin hər hansı bir yeri kəsilərsə və ya yaranlanarsa, onun qanını kəsmək çətin olur. Bu çür şəxslər üzüm şirəsi və ya limon suyu ilə özlərini müalicə edə bilərlər. Üzüm vaxtı çoxlu üzüm yemək, başqa vaxtlarda isə portağal və ya limon işlətmək məsləhət görülür.
Qanın təmizliyi bədənin sağlamlığı üçün əsas şərtlərdən biridir. Bunun üçün gicitkənin yarpağı və ya toxumundan 2–4q qədər dəmləyir və mülayim qaynatdıqdan sonra içirlər.
Qan-damar sisteminin tənzimlənməsi üçün yeməkdə kərəviz, soğan və sarımsaq, meyvələrdən çiyələk, gilas və limon işlətmək yaxşıdır. Həmçinin şabdar bu baxımdan xeyirlidir. Sidikqovucu və qan təmizləyən olan gülümbaharın dəmləməsindən istifadə etmək məsləhətdir.
Qaynanmış kələm suyu damarları təmizləyir, lakin qatı qan yaradır. Dəfnə yarpağı damarları genişləndirir. Bu baxımdan darçın da faydalıdır. Yumurta sarısı, bal damarları daraldır. Istiot soyuqtəbiətli adamlarda qanı duruldur. Qatı qanı durulaşdırmaq üçün nanə işlətmək lazımdır. Noxud təmiz qan yaradır.
Uzunqulaq südü qan iltihabı əleyhinə faydalı sayılır. Şəkər qamışının suyu qocalar üçün münasibdir, təmiz qan yaradır və sümükləri bərkidir. Qırqovul əti, kabab, noxud, üzüm, püstə, turp, kahı, şirin tut, təzə pendir təmiz qan yaradır. Innab, dələmə, çiyələk yemək iltihaba qarşı faydalıdır, qanı təmizləyir. Qanı durulaşdırmaq üçün kahı, sarımsaq, qarpız və kəlləpaça yemək faydalıdır. Sıxılıb qaynadılmış arpa suyu təmiz qan yaratmaqda münasib vasitədir. Armud yemək qanı mə”tədilləşdirir. Tam bişmiş beçə təmiz qan yartmaqda çox faydalı dərmanlardan sayılır.


Tarix: 27.08.2012 / 23:08 Müəllif: Behlul Baxılıb: 2923 Bölmə: Xalq Tebabeti