beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qan təzyiqi

Klassik Şərq əczaçılıq kitablarında, ayrıca başlıq altında qan təzyiqi üçün işlədilən dərmanlardan bəhs edilmir. Lakin sadə dərmanların müalicə-profilaktik xüsusiyyətləri izah olunarkən, onlardan bə”zilərinin qan təzyiqini sakitləşdirmək cəhətləri qeyd olunur. Həmin dərman vasitələrinin əksəriyyətinin, qan təzyiqini nizamlamaq xüsusiyyətləri, müasir baxımdan diqqəti çəlb edir.
Maraqlı haldır ki, bu dərmanlar qan təzyiqini sakitləşdirməklə yanaşı, digər müalicə tə”siri də göstərir. Həmin vasitələri yaxınlaşdıran ümumi cəhətdən ödü, susluğu yatırmaq, iştaha açmaq və mə”də üçün faydalı olamaq və s. məziyyətlərdir.
Turş və turşməzə alma yemək və ya onun şirəsini içmək qan təzyiqini sakitləşdirir. Bu baxımdan qan və öd şiddətini, susluzluğu yatıran albalı meyvəsi və ya şirəsi, xiyar və ya onun suyu da diqqətəlayiqdir. Pəhriz məqsədilə arpa unundan bişirilmiş yeməklər, o cümlədən əriştə və ya umac hazırlayıb, turşularla yemək məsləhətdir. Pəhriz kimi altıaylıq çəpiş əti yaxşı tə”sir göstərir. Qırxbuğumun adi, qırmızımtıl rəngə çalan dişi növü də qan təzyiqini sakitləşdirir. Pərpərən qan təzyiqini və öd şiddətini yatırır, innab, söyüdün çiçəyini və yağını yemək, qan təzyiqini sakitləşdirməklə yanaşı qanı təzyiqini yatırmaqla ödü sakitləşdirir, susuzluğu yatırır, mə”də-bağırsaq üçün faydalıdır. Zirincin meyvəsi və od üzərində qatılaşdırılmış şirəsi, qan təzyiqini sakitləşdirməklə susuzluğu və mə”də hərarətini aradan qaldırmaq və iştaha üçün çox faydalıdır. Müalicə xüsusiyyətinə görə qarağat zirinci asanlıqla əvəz edə bilir. Bu baxımdan əzgil və yemişan da yaxşı tə”sir göstərir. Kahı duru və təmiz qan yaratmaqla bərabər qan təzyiqi və od şiddətini yatırır. ərik yemək və ya ərik şirəsi içmək susuzluq, mə”də iltihabı, qan təzyiqi və ödü yatırmaqda yaxşı tə”sir göstərir. Şaftalı və onun suyu da eyni müalicə-profilaktika xüsusiyyətlərinə malikdir. Balqabaq turşusu qan təzyiqi və ödü sakitləşdirir.
Müalicə-profilaktika əhəmiyyəti olan vasitələrdən bir də təzə, yağı tamam yığılmış ayrandır. O susuzluğu və qan təzyiqini sakitləşdirməklə yanaşı iştihanı açır. Qurut qan təzyiqi və ödü yatırır. Qatıq də öz tə”sirinə görə ayrana yaxındır. Limon işlətmək qan təzyiqini və ödü sakiləşdirməklə mə”dəni gücləndirir.
Ağ rəngli təzə arpanın qaynanmış suyu təmiz qan yaratmaqla bərabər qan qəzyiqi, ödü və susuzluğu yatırır. Turşməzə sulu armud, turş tut, qırmızı, meyxoş və turş nar yemək qan hərarətini, qan təzyiqini və ödü sakitləşdirməklə susuzluğu aradan qaldırır və iştahanı açır. Abqora qan hərarəti və təzyiqini, ödü və mə”də iltihabını sakitləşdirir.


Tarix: 27.08.2012 / 23:07 Müəllif: Behlul Baxılıb: 1302 Bölmə: Xalq Tebabeti