Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oynaqlar

Kəklikotunun qaynanmış suyunda çimmək, yel xəstəliyi olan adamlar ücün faydalıdır. Bu əməl eyni zamanda dərialtı qan dövranını tənzimləyir. Bunun üçün 500 q kəklikotunu torbaya doldurub, 15 dəq ərzində suda qaynadır, sonra onu qaynanmış su ilə birlikdə hərarəti 35 – 40C olan su doldurulmuş vannaya tökürlər. Xəstə 20 dəq vannada uzanır, sonra yatağa girib özünü tərlədir. Yaxud kəklikotu çiçəyini və yarpağını əzib ocaqda isidir və isti-isti ağrıyan yerə qoyub dəsmal ilə bağlayırlar.
Yel xəstəliyindən olan ağrıların müalicəsi üçün 2–3 almanı doğrayıb, qabığı ilə birlikdə 1L suda 15 dəq qaynadır, ona bir qədər şirinbiyan əlavə edərək işlədirlər. Bərabər miqdarda quru fındıq və qoz yarpağına bir qədər qəlyan külü və narın döyülmüş duz qatıb qarışdırır, sonra onu zeytun yağında bişirərək ağrıyan yerlərə sürtür və masaj edirlər. Zeytun yağını döyülmüş sarımsaqla qatıb məlhəm düzəldir və ağrıyan yerlərə sürtürlər, bu yel xəstəliyi, əzələ və ya əsəb ağrıları üçün xeyirlidir.
Sarımsaqdan hazırlanan təpitmələr yel xəstəliyinin ağrılarını sakitləşdirir. Sarımsağı doğrayaraq 2 özü qədər kamfora yağında qatışdırır, məlhəm kimi ağrıyan yerlərə çəkirlər. Incidən yerlərə çobanyastığı yağı sürtmək də məsləhətdir.
Səhərlər acqarına yerkökü şirəsi içmək yel, xəstəliyi və oynaq ağrıları zamanı faydalıdır. Dərman minaçiçəyi bu xəstəliyə qarşı yaxşı tə”sir göstərir. Onun 30–40 q-nı 1L suda 10 dəq qaynadıb işlədirlər. Həmçinin 1 çay qaşığı quru məryəmnoxudu çiçəyini 1L qaynanmış suya tökür və gündə ondan 4 fincan içirlər.
Kəkotu da bu xəstəliyin müalicəsi üçün xeyirlidir. Onun 15–25 q-nı 1L suda dəmləyərək işlədirlər. 25–30q tərxunun 1L suda qaynanmışı yel ağrılarına qarşı istifadə olunur. Həmçinin 5 q xırdalanmış tərxunu 1 fincan qaynanmış suda 10 dəq ərzində dəmləyərək bel ağrıları zamanı məsrəf edirlər. Moruq yel xəstəliyinə tutulan adamlar üçün xeyirlidir. Xronik yel xəstəliyi, oynaq ağrısı olan şəxslərin alma yeməyi məsləhətdir. Bu xəstəliyə qarşı görülən tədbirlərdən biri də 21 gün ərzində, hər gün 1 stəkan dəmlənmiş kərəviz suyu içməkdir. Bununla yanaşı kərəvizi döyüb düyü ununa qatır və təpitmə düzəldib ağrıyan yerlərə sürtürlər. Müalicənin daha tə”sirli olması üçün bir neçə gün ərzində kərəviz salatı yemək lazımdır. Bundan ötrü kərəvizə bir qədər soğan, limon suyu və zeytun yağı qatırlar.
Yel xəstəliyinə düçar olan şəhslər mərəçüyüd və ispanaq işlətməkdən çəkinməlidirlər.
Armud öz tərkibinə və xassəsinə görə, yel və oynaq ağrıları üçün ən münasib meyvələrdən biridir. Bu zaman sulu və tam yetişmiş armud işlətmək lazımdır. Həmçinin yarım ovuc quru cə”fərini 0.5L suda qaynadıb istifadə edir, 30-60q yemlik kökünü 0.5L suda qaynadır, səhərlər işlədirlər. Yel xəstəliyi olanların üzüm işlətməyi, onun şirəsindən istifadə etməyi daha məqsədəuyğundur. Yeməkarası gündə 3 dəfə, hər dəfə 1 kiçik fincan şirə içmək faydalıdır. Quşüzümü sidikqovucu olmaqla yanaşı, revmatizmi olanlar üçün də faydalı hesab edilir. Bu baxımdan yemiş də istifadə edilə bilər.
Oynaq ağrıları zamanı şalğamı bişirib xırda-xırda doğrayıb, xəmir halına salır və təpitmə kimi ağrıyan yerlərə qoyurlar. Kələm yarpağını təpitmə kimi qoymaq ağrıları sakitləşdirir. Bunun üçün yarpağı əvvəlcə bir qədər əzişdirir, sonra od üzərində azacıq bişirib, gündə 2 – 3 dəfə ağrıyan yerə qoyur və üstünü yun parça ilə bağlayırlar.


Tarix: 28.08.2012 / 00:10 Müəllif: Behlul Baxılıb: 2115 Bölmə: Xalq Tebabeti
loading...