Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailədə qoyulan qaydaların uşaq psixologiyasına təsiri

Günümüzdə elə ailələr var ki, uşaq psixologiyasına lazımi diqqət göstərmir. Bəziləri isə bunu təbii hesab edir.

Bu baxımdan təhsil və düzgün ailə tərbiyəsi hər zaman öz aktuallığını qoruyub.
Çoxları bilir ki, qloballaşan dünyada uşaqların hərtərəfli inkişafı və düzgün maariflənməsi bu prosesə yaxşı təsir göstərir.

Xüsusi ilə ailədə verilən tərbiyə uşaq psixologiyasının güclü olması üçün önəmlidir.
Elə valideyinlər var ki, öz vəzifələrini yerinə yetirmək əvəzinə bütün enerjilərini tək uşaqlarına ayırırlar. Buda sonradan ailədə müxtəlif çətinliklər yaradır.

Lakin, bir çoxları bilir ki, digər vacib prosedurlar kimi ailədaxili qaydaların olması da uşaqların şəxsiyyət kimi inkişafına yaxşı təsir göstərir.

Bəziləri hesab edir ki, qayda qoymaq uşaqlarının maraq duyğusunu azaldır, onları daxilən passiv və içinə qapalı edir.

Lakin, bu bir həqiqətdir ki, cəmiyyətdə harmoniyanın təşəkkül tapmasında ailənin üzərinə xüsusi yük düşür.

Öz daxili qayda-qanunları ilə formalaşıb inkişaf edən ailədə səmimi münasibətlər də yaxşı olur.

Ailənin sağlamlığı üçün sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik və bioloji-psixoloji amillər xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan çox uşaqlı ailələrdə bu cür həssas məsələlərə ciddi yanaşılmalıdır.


Tarix: 06.01.2015 / 16:43 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Valideynə məsləhət
loading...