Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Ayxan nağıl danışır (uşaq şeiri)

Bizim balaca,
Nağılçı oğlan,
Nağıl danışır,
Öz adı Ayxan.

Çaqqal gəlibdi,
Kəndə giribdi,
Heç kim görməyib,
Ayxan görübdü.

Ayxan danışır,
Nağıl qarışır.
Özü də çaşır.
Dayanır Ayxan
Bir az düşünür,
Yenə danışır:

Çaqqal gəlibdi,
Kəndə giribdi,
Heç kim görməyib
Ayxan görübdü


Tarix: 26.12.2014 / 18:02 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...