Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yatmış dəniz şəkli

Ana, dəniz çəkmişəm
Sular axsa da dolmaz.
Yox qızım, yanılmısan
Dəniz dalğasız olmaz .

Dəniz coşar, ha daşar
Şahə qalxar dalğası.
Hər xırda gölməçədən
Dəniz olmaz qadası .

Yatan zaman çəkmişəm
Mən dənizi, ay ana,
Oyansa bu dənizim
Dönəcəkdir tufana.


Tarix: 26.12.2014 / 17:33 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...