Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çoban Səfər (uşaq şeiri)

Səfərə bax, səfərə
Gedib çıxıb çəpərə.
Demə çəpər çürükmüş
Dəyib üz üstə yerə.

Sınıbdı qabırğası
Əyri – üyrü çəpərin.
Pozulub halı, kefi
Qara gözlü Səfərin.

Demə çəpərin üstə
Boranılar varıymış.
Demə çəpərin üstü
Dolu yuvalarymış.

Elə bil ki bu yerdən
Quşlar küsüb haçandı.
Boranılar quzudu
Səfər indi çobandı.


Tarix: 26.12.2014 / 17:20 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...