beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən balaca deyiləm

Səhər tezdən dururam,
Əl-üzümü yuyuram
O qədər böyümüşəm,
10-a qədər sayıram!

Kuklamı çimdirirəm,
Qəşəng geyindirirəm
O qədər böyüyəm ki,
Bağçaya da gedirəm!

Ad günümdə hamı mənə,
Qəşəng hədiyyə alacaq
Deməyin mənə balaca,
Mənim beş yaşım olacaq!

Böyüyəm mən, böyüyəm
Görün necə, böyüyəm
Sevinirəm ay uşaqlar,
Kuklamdan da böyüyəm!


Tarix: 26.12.2014 / 17:34 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: UŞAQ ŞEİRLƏRİ