beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlifbam

Həriflərin yuvası
Əlifbam, ay əlifbam.
Şirin ana laylası
Əlifbam, ay əlifbam .

Anamın səsi səndə ,
Körpə nəfəsim səndə .
Arzum, həvəsim səndə ,
Əlifbam, ay əlifbam.

Sən mənim ilk kitabım,
Vətənim, yurdum, adım.
Vərəqlərin qanadım,
Əlifbam, ay əlifbam

Təzə kövrək çiçəyəm
Səndən su içəcəyəm.
Sənə and içəcəyəm,
Əlibam, ay əlifbam.


Tarix: 26.12.2014 / 17:32 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: UŞAQ ŞEİRLƏRİ