beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim ağıllı balam

Mən saymağı bilirəm,
Hərfləri tanıyıram
Mənim də var məktəb çantam,
Sabah məktəbə gedirəm!

Müəllimə desə «A» yaz
Mən tez «ana» yazacağam,
Desə ki, 10-a qədər say,
100-ə qədər sayacağam!

Çoxlu-çoxlu oxuyub,
Savadlı olacağam
Mənə deyəcək anam,
«Mənim ağıllı balam»!


Tarix: 26.12.2014 / 17:34 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: UŞAQ ŞEİRLƏRİ