Leço
						Tərkibi:
Pomidor 4 kq
Yaşıl bibər 3 kq
 narın xörək duzu 2 xörək qaşığı
Duru yağ 1 stəkan
Uksus 9%2 xörək qaşığı
 
Hazırlanması:
1) Pomidor yuyulur ət maşınından keçirilir.
2) Bibər yuyulur, toxumu çıxarılır, və 4 hissəyə bölünür.
 
Çəkilmiş pomidoru qazana tökülür, üzərinə duz, yağ əlavə edilir və qaynadılır. Pomidor qaynadıqdan sonra bibər əlavə edilir. Bunlar hamısı 30 dəqiqə qaynadılır. Sonra sobanın üzərindən götürülür və uksus əlavə edilir.  Təmizlənmiş bankalara töküb ağzını bağlayırıq. Qışda isə  yeyirik.
Nuş olsun!
Tarix: 24.11.2014 / 11:10 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Turşular
loading...