beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sirkəyə Qoyulmuş Badımcan

Hazırlamaq üçün xırda faraş badımcan götürülür,

saplağı kəsilir,

yuyulur, sonra duzlanıb acı suyu çıxarılır. 10%-li duzlu suda 2-3 dəqiqə pörtlədilir, süzülür.

Süzüldükdən sonra badımcanlar süzgəcə yığılır, üstünə taxta, onun da üstünə ağır yük (2-3 kq) qoyulur ki suyu tamam çıxsın (15-20 saat).

Sıxılmış badımcanların içinə azca duz vurulur, əvvəlcədən hazırlanmış iç qoyulub ya şüşə, ya da şirəli saxsı qablara yığılır və üstünə sirkə tökülür. 3-4 gündən sonra badımcan hazır olur.

Sirkəyə qoyulmuş badımcanları soyuq yerdə saxlamaq lazımdır. Badımcan üçün iç belə hazırlanır: sarımsağın qabığı soyulur, dilimlənib duzlanır (1 kq sarımsağa 50 qram duz götürülür) həvəngdə döyülür və ya xırda-xırda doğranır, buna xırda-xırda doğranmış şirin və acı göy istiot, cəfəri, nanə qatılıb qarışdırılır və zövqə görə duzlanır.


Tarix: 18.12.2012 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Turşular