Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duzlu Suya Qoyulmuş Kələm

Hazırlamaq üçün çox da böyük olmayan kələmlər seçilir, onun üst qatı, özəyi çıxarılır. 4 yerə bölünür, çəlləklərə yığılır, üstündən taxta parçası ilə basılır və duzlu su (1 litr suya 400 qram duz) tökülür. Elə etmək lazımdır ki, duzlu su taxta parçasını örtsün. Kələmə xoş rəng vermək üçün onun içinə dilim-dilim kəsilmiş qırmızı çuğundur əlavə edilir. Turşumanı sürətləndirmək üçün çəlləyə bir neçə sütül qarğıdalı qıçası qoyulur. Bir neçə gündən sonra çəlləyin suyundan götürməyə başlayırlar. Çəlləyin suyundan iki həftə ərzində günaşırı götürülür. Turşuma qurtarandan sonra suyun üzərinə bir neçə ovuc təmiz yuyulmuş arpa tökülür. Arpa cücərir və kələmin üstünü kif bağlamaqdan qoruyur. Çəlləkdən kələm götürmək istədikdə üstdəki səməni qatının bir qatı qaldırılır, kələm götürülür. Duzlu kələm çəlləyi üstdən möhkəm örtülməlidir.


Tarix: 10.12.2012 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Turşular
loading...