Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Acı bibər turşusu

Tərkibi:
2 kq. acı bibər
1 su stəkanı üzüm sirkəsi
10 diş sarımsaq
4 yemək qaşığı xörək duzu
Aldığı qədər su

Hazırlanma qaydası:
Bibərləri yaxşıca yuyun və bankaya boşaldın.
Xörək duzunu banka alacağı qədər suda əridin və sirkəylə qarışdırıb bankaya boşaldın.
Sarımsaqları soyub bibərlərin arasına yerləşdirin.
Qapağını möhkəmcə bağlayıb quru və sərin yerdə 15-20 gün gözlədin.
(Turşu qabının ən üstünə kərəviz yarpağı və cəfəri də əlavə edə bilərsiniz.)

Nuş olsun!


Tarix: 24.11.2014 / 11:08 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Turşular
loading...