beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bütöv sarımsaq turşusu resepti

Tərkibi:
1 l suya:
50 q iri duz
25 q şəkər tozu
qara dənəvər istiot
reyhan yarpaqları

sirkə (birbaşa bankalara tökülür, 750 ml-lik bankaya 1 x.q. 9%-li sirkə)
sarımsaq

Hazırlanması:
Sarımsaqları soyuq suda isladın. Sonra bir neçə dəfə yuyun (suyu təmiz olanadək). Banka və qapaqlarını sterilizə edin. Duzlu suyu hazırlayın, ocağın üstünə qoyun, qaynara düşəndə götürün, 80 dərəcəyədək soyudun.
Steril bankalara sarımsağı yığın. Üzərinə qaynar su töküb ağzına qapaq qoyun, 5-10 dəqiqə saxlayın. Sonra suyunu süzüb, əvəzinə isti duzlu su tökün. Sirkə də əlavə edib bankanın qapağını bağlayın. Üstünü isti adyalla bürüyüb tam soyuyanadək saxlayın, sonra isə daha soyuq yerdə saxlayın.

Nuş olsun!


Tarix: 24.11.2014 / 11:03 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Turşular