Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

TurşularZeytun turşusunun hazırlanması

Tərkibi:
1 kq su
Yarım kq yaşıl zeytun
1 yemək qaşığı duz
1,5 kq göbələk
1 çay qaşığı kəklikotu
5 diş sarımsaq
3 ədəd dəfnə yarpağı
2 soğan
2 yemək qaşığı sirkə
Limon

Hazırlanması:
Göbələkləri təmizlədikdən sonra duzlu suyun içində 5 dəqiqəyə qədər qaynadın və suyunu süzün.
Sonra bu suyun üzərinə 1 stəkan su əlavə edin.
Göbələkləri, zeytunları, dilim-dilim kəsilən sarımsaqlar, kəklikotunu, dəfnə yarpağını və soğan dilimlərini bankalara yığın.
Sirkə ilə göbələyin suyunu qarışdırın və qaynadın.
Bu qarışığı daha sonra isti halda göbələklərin üstünə tökün 1 2 dilim limon və bankaların ağzını yaxşıca bağlayın.
Beləcə 2 həftəyə qədər sərin yerdə saxlayın.

Nuş olsun! Ardı »

TurşularAcı bibər turşusu

Tərkibi:
2 kq. acı bibər
1 su stəkanı üzüm sirkəsi
10 diş sarımsaq
4 yemək qaşığı xörək duzu
Aldığı qədər su

Hazırlanma qaydası:
Bibərləri yaxşıca yuyun və bankaya boşaldın.
Xörək duzunu banka alacağı qədər suda əridin və sirkəylə qarışdırıb bankaya boşaldın.
Sarımsaqları soyub bibərlərin arasına yerləşdirin.
Qapağını möhkəmcə bağlayıb quru və sərin yerdə 15-20 gün gözlədin.
(Turşu qabının ən üstünə kərəviz yarpağı və cəfəri də əlavə edə bilərsiniz.)

Nuş olsun! Ardı »

TurşularBadımcan Turşusu

İçi doldurulub sirkəyə qoyulmuş badımcan

Xırda nazik badımcan

Sarımsaq

Keşniş

Şüyüd

Nanə

Reyhan

Tarxun

Duz

Şərab sirkəsi


Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərtiylə qarışdırın, duz əlavə edin.

Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. 0,5 saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2.3 dəq qaynadın. Badımcanlar nə bərk, nə yumuşaq olmalıdırlar. Pörtülmüş badımcan aşsüzənə yığılır, üstünə ağır əşya qoyub 3 saat saxlayırsız. Hazırlanmlş iç badımcanların arasına doldurulur, bankaya yığılıb üzərinə sirkə tökülür. Bankanı bağlayıb soyuq yerə qoyun.

1,5 aya badımcanlar yetişir.

Nuş olsun! Ardı »

TurşularGavalı turşusu

Mən böyük qara gavalıdan istifadə etmişəm. Olar göyəmdən də istifadə etmək.

Gavalı

Dəfnə yarpağı

Sarımsaq

Ətirli istiot

Duz

Esensiya (70% sirkə)


Gavalını yuyub çəngəllə deşin, sarımsağı təmizləyin dilimlərə, istiotu və dəfnə yarpağını yuyun. Sterilləşdirilmiş bankaya yığıb üstünə duz tökün (1 x.q. 1 litr suya). 1 x.q. 1 litr suya esensiya töküb qaynar su əlavə edin və bankanı qapaqla bağlayın.

Nuş olsun! Ardı »

TurşularGilas turşusu

Ərzaqlar:

Gilas
Duz
Şəkər tozu
Su
Yapışdırıcı

Hazırlanması:

Gilasın saplağını təmizləyib yuyub bankalara yığırıq.

Hər bankaya məs: 1 kq bankaya 1 dolu çay qaşığı duz və 1/3 çay qaşığı şəkər tozu tökürük.

Üstünə 2 barmaq aşağı qaynar su tökürük. Suyu çox tökmürük ki, öz suyu çıxacaq.

Böyük qazana su töküb isidirik. Su isinən kimi bankaların içinə yığırıq. Aralarına bir-birinə dəyib çatlamasın deyə dəsmal qoyuruq.

15 dəq suda qaynadırıq.

Sudan çıxarıb ağzını qapaqla bərk bağlayıb yapışdırıcı ilə yapışdırırıq.

Ədyalın arasına qoyub bükürük.

Soyuyandan sonra götürürük.

Nuş olsun! Ardı »

TurşularAlça turşusu

Alça turşusunu iki cür hazırlamaq olar - şəkərli və şəkərsiz. Həmçinin onu pasta kimi bankada, yaxud da lavaşana kimi büküb saxlamaq da olar.

Şəkərsiz alça turşusu

Sarı, yetişmiş alçaları yuyun, aşsüzənə yuyun, suyunu süzün. Quruyandan sonra şirli ləyənə yığın. Əlinizlə əzin (bu ondan ötrü lazımdır ki, azca suyu çıxsın və bişirəndə dibi yanmasın). Sonra vam ocağın üstünə qoyun, taxta qaşıqla durmadan qarışdırın. Dənələri lətindən tam ayrılanda ocaqdan götürün. Soyuyandan sonra aşsüzən və ya ələkdən keçirin, qabığı və dənələrindən tam ayırın. Azacıq duz da vura bilərsiniz. (Turşunu bu halında pasterizə edilmiş bankalara yığıb bağlaya bilərsiniz, o zaman tomat pastası kimi alınacaq). Bir qədər kərə Ardı »

TurşularKələm tursusu

Tərkibi:
10 kq kələm
200-250 q süfrə duzu
Qeyd:
Bundan artıq duz vurmayın! Kələmin üst yarpaqlarını artlayıb, özəyini çıxarın, doğrayın. Əgər çəlləkdə şoraba qoyursunuzsa: çəlləyin dibinə bir lay tərtəmiz yuyulmuş kələm yarpağı döşəyin. Üstünə doğradığınız kələmi qoyun. Duz səpin. Əlinizlə basın. Üstünə bir lay kələm yarpağı döşəyin. Yarpaqların üzərinə ikiqat cuna çəkib üstünə ağır yük qoyun (məsələn, içi su ilə dolu balon). Əgər bankada şoraba qoyursunuzsa: doğranmış kələmi duzla ovxalayın, bankaya sıx yığın və əlinizlə basın ki, şirəsini buraxsın. Kələm şorabasının saxlandığı yerdə temperatur 20 dərəcə C-ni keçməməlidir. İş bununla bitmir. Qıcqırma dövrü bitənədək kələmin üzərində yaranan köpüyü yığıb atmaq lazımdır. Əgər şorabanı çəlləkdə Ardı »

TurşularTurşuya qoyulmuş şampinyon göbələyi resepti

Tərkibi:
1 kg şampinyon
2 stəkan su
50-60 qr sirkə cövhəri (30%)
10 ədəd (noxud dənələri) qara istiot
4 əd mixək
2 əd dəfnə yarpağı
10 qr duz
5 qr şəkər tozu
muskat

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.
2. Göbələklər 10 dəqiqə ərzində duzlu suda qaynadılır. Sonra su axıdılır.
3. Marinadın (şorabanın) hazırlanması. Su qaynama həddinə gətirilərək istiot, dəfnə yarpağı, mixək, muskat, sirkə, duz və şəkər tozu əlavə edilir. Göbələklərin üzərinə alınan marinad əlavə olunur və birdaha qaynama həddinə gətirilərək 5 dəqiqə bişirilir.
4. Göbələklər isti-isti bankalara doldurulub bağlanır. Göbələklər soyuduqda isə bankalar soyuducuya yerləşdirilir.
5. Turşu göbələkləri soyuyandan dərhal sonra artıq istifadə etmək olur. Ardı »