beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Suya düşən telefonu fenləmək olmaz!

Nə qədər çalışsaq da, telefonumuzu hər zaman su ilə təmasdan qoruya bilmirik. Bəs telefonlarımız suya düşəndə onu xarab olmaqdan necə xilas edə bilərik? Kishi.az saytı olaraq bunun üçün sizə bir neçə tövsiyyəmiz var.

İlk olaraq köhnə üsullarla- saçqurutma aləti və yaxud tozsoranla telefona sızan suyu qurutmaq fikrini ağlınızdan çıxarmalısınız. Saçqurutma feni suyu nəinki qurutmur, əksinə suyun telefonun daxili hissələrinə yayılmasına səbəb ola bilir. Eyni şəkildə tozsoran da suyu çəksə belə, telefonun sensoruna zərər verib həssas hissələrin canlanmasına səbəb ola bilər.
Telefonunuza su dəyibsə, bu zaman onu dərhal söndürmək, təmiz və tozsuz bir bezlə səthini silmək, daha sonra isə telefonu hissələrinə ayırıb pambıq və yaxud qulaqtəmizləmə çöpü ilə islanmış daxili hissələri qurulamaq mütləqdir. Sonda isə telefonu bir müddət slika gellə dolu bir qabda saxlamaq lazımdır ki, telefonun bütün nəmini canına hopdursun.
Slika gel ayaqqabının, yaxud çantanın içərisindəki malları nəmdən, pasdan və kiflənmədən qoruyan kağız paketdəki toza deyilir. Slika geliniz yoxdursa, telefonunuzu hava keçirməyən düyü ilə dolu bir qabda da saxlaya bilərsiniz. 48 saatdan sonra isə telefonu götürüb enerji yığmağa qoya və yalnız bundan sonra aça bilərsiniz.


Tarix: 07.01.2015 / 13:48 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Texnobaz