beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Samsung”un yeni məhsulu

Son illər tablet istehsalının sürətli formada artması stolüstü kompyuter və noutbuk satışlarının azalmasına səbəb olub. Lakin statistikaya əsasən, qarşıdakı bir neçə il ərzində tabletlərə maraq azalmağa başlayacaq. Buna səbəb isə artıq insanların tabletlərə marağının azalması və texnologiya dünyasının bu texnoloji alətlərə olan təlabatının tam ödənilməsi olacaq.
Bütün bunlara baxmayaraq hər gün böyük firmalar yeni tablet modellərini bazara təqdim etməyə davam edirlər. Elə bu yaxınlarda “Apple”dan sonra ən böyük tablet istehsalçısı hesab edilən “Samsung” dördüncü nəsil “Galaxy Tab 10.1”i bazara çıxarmağı planlaşdırır.
Adı çəkilən tabletin təchizat xüsusiyyətləri belədir:
LCD ekranına sahib olan bu tablet 1280×800 piksel gücündədir. 1,5 GB ram ölçüsünə sahib olan bu tabletin eyni zamanda 16 GB-lıq microSD dəstəkli ROM-u var. Android 4.4 KitKat sistemi ilə çalışacaq bu tabletin arxa tərəfində 3 megapiksellik, ön hissəsində isə 1,2 megapiksellik kameraları var. Onun dizaynı “Galaxy Note”’a çox oxşasa da, mütəxəssislərin fikrincə, bu iki məhsulun qiymətləri bir-birindən kəskin formada fərqlənəcək. Adıçəkilən məhsulun bu il aprelin 24-də satış bazarına çıxarılacağı gözlənilir.


Tarix: 07.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Texnobaz