beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Google”un ağıllı televiziyası

“Google” hazırda üzərində çalışdığı “Android TV” layihəsi ilə “Apple”, “Amazon “ və “Roku” kimi tanınmış şirkətlərlə rəqabətə girməyə hazırlaşır. Belə ki, şirkət hazırda Apple TV-yə bənzər Androidli bir cihaz üzərində çalışır. Şirkətdən verilən məlumata görə, bu cihazın əsas üstünlüyü onun müxtəlif çeşidli oyun proqramları ilə təmin olunması olacaq. Buna görə də mütəxəssislər bu cihazın kopyüter platformasındansa, əyləncə interfeysi ilə daha geniş əhatə olunacağını hesab edirlər. Özündə həm film, həm oyun, həm də çoxçeşidli musiqi tərtibatını birləşdirən bu cihazın hər zövqə uyğunlaşa bilmə bacarığı ilə seçiləcəyi bildirilir.
Android əməliyyat sistemi ilə çalışacaq bu yeni sistem “Fire TV” kimi səsli əmrləri dəstəkləyəcək və sürətli formada tələb olunan əmrləri yerinə yetirə biləcək. Buna görə də mütəxəssislərin sözlərinə görə, “Amazon Fire TV” və “Apple TV” ilə eyni tətbiqetmə sisteminə sahib olacaq
İlkin məlumatlara görə, “Google”un yeni Android televiziası Chromecast ilə çalışacaq. Amma mütəxəssislər hesab edirlər ki, əgər android fərqli bir layihə ərsəyə gətirmək istəyirsə, bunun üçün “Apple”dan fərqli bir interfeys təqdim etməlidir. Əks halda bu rəqabətdə uduza bilər.


Tarix: 07.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Texnobaz