beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öyrətdi məni...

Eşqə həvəs qalmayıbdı, sevgilim
Sənsiz günüm olmayıbdı, sevgilim
Məni yada salmayıbdı sevgilim
Bəs niyə özünə öyrətdi məni?

Bir özgə insanı sevəcəkdisə
Mənə qəm hədiyyə edəcəkdisə
Belə tez unudub gedəcəkdisə
Bəs niyə özünə öyrətdi məni?

Qəlbimdə yaralar göynədi yenə
Çox dəyər verməyim dəymədi sənə
Başqasın sevirəm söylədi mənə
Bəs niyə özünə öyrətdi məni?

Bir gün bu sevgidən doyacaqdısa
Özgə kəlməsinə uyacaqdısa
Məni yarı yolda qoyacaqdısa
Bəs niyə özünə öyrətdi məni?


Tarix: 26.12.2014 / 12:17 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Sevgi şerləri