beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilmədim

Qəlbimi səninlə bölə bilmədim,
Alışdım, hey yandım, sönə bilmədim.
Eşqindən xəbərsiz, səssiz səmirsiz,
Baxaraq gözünə, dinə bilmədim.

* * * * *

Qəlbimdən izini silə bilmədim,
Gecələr mən tənha, sənsiz inlədim.
Bu sənli dünyanı yaşadım sənsiz,
Ömrümü səninlə bölə bilmədim.

* * * * *

Səni sevdiyimi səndən gizlədim,
Ömrümü sərf etdim qəmə, kədərə.
Zülm etdim özümə, bəlkə sənə də,
Eşqimi səninlə bölə bilmədim.

* * * * *

Gecikdim, sevgimi deyə bilmədim,
Zamanı puç etdim, verdim hədərə.
Düşündüm görərəm səni yenə də,
Bir daha mən səni görə bilmədim.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi şerləri