Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Də Geyinmişəm O Ağ Kəfəndən..

Atib gedəcəydinsə deyərdin başdan
Sən mənim gülümdün itirdim səni
Düşmüşəm içkiyə bu cavan yaşdan
Çox asan cümlə tək bitirdin məni..

Ürəydi dinləməz mənim sözümü
Unut deyəcəksən unutma deyər
Soruş ürəyimdən sözün düzünü
Hər gecə hər axşam onu dinliyər..

O mənim ən gözəl ən pis günümdə
O hər gün hər zaman mənim dilimdə
O mənim tək tənha keçən ömrümdə
Bir işiq bir günəş saçar dünyama
Bu gecə yenədə gəlir röyama...

Onunla başladi ən gözəl sözlər
Tanridan istədim mən təkcə onu
Ürəyim susubdu qoy desin gözlər
Sən demə gəlibmiş sevgimin sonu..

Ölsəmdə yadimnan çixmaz gözlərin
Qəm dolu sevgi tək gözəl sözlərin.
Sevgi ölümüdü sevən kəslərin
Məndə geyinmişəm o ağ kəfəndən..

Çox zülüm çox aci çəkmişəm sənsiz
Çox günlər çox aylar görmüşəm sənsiz
Ölüb dirilmişəm hər gecə sənsiz
Sənsə heçə saydin hər zaman məni
Apardin qəlbimi itirdim səni...

Gecələr şam kimi ərittin məni
Solmuş çiçək kimi soldurdun məni
Gözlədə gözlədə öldürdün məni
De indi mən sənsiz necə yaşiyim ?
Bu yükü bu yarani necə daşiyim ?

Sən xəyallar içində nurlu bir mələk
Mənsə o xəyala çata bilmirəm
Çiçəklər içində ən gözəl çiçək
Səni əllərimdə tuta bilmirəm..
Səni , səni unuda bilmirəm...

Xəyalin məni məndən aparir
Bilmirəm nə edim sənsiz dünyada
Dəniz qirağinda xəyala dalir
Onsuz yaşadiöi qoca dünyada....

Sən dəli bir yağişsan..
Mənsə yağişa həsrət qalan bir ovuc torpağ
Sən böyük sən güclü dönən tufansan
Mənsə tufaninnan qorxan kiçik bir uşağ..

Arzum ol sevgim ol hər günümdə sən..
Günüm ol gülüm ol hər günümdə sən
Tut əlimdən buraxma hər günümdə sən
Sənsiz batar mənm dənizdə gəmim..
Bilki təkcə sənsən mənim ürəyim..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 109 Bölmə: Sevgi şerləri
loading...