Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qollarinda Olum Deye

Təkcə səni istəyirəm, Son bir kərə görüm deyə. Bir saatlıq yanımda ol, Dərd-sərimi bölüm deyə. Biz birlikdə gəzən zaman, tez tutardın əllərimdən. Qəlbimdəki arzuları Oxuyardın gözlərimdən. Yağan yağış damcısının İslanardıq altında biz. Qucaqlaşıb sığınardıq Bir çətirin altında biz. Yenə səni istəyirəm, Hava kimi, saf su kimi. Allahıma yalvarıram Əlin açan yolçu kimi. Yalvarıram, sən dönəsən. Uçub gedən durnalartək. Bir yetimin ilahidən Dilədiyi arzulartək. Təkcə səni istəyirəm, Gözlərindən öpüm deyə. Bir əlacsız xəstə kimi, Qollarında ölüm deyə.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 115 Bölmə: Sevgi şerləri
loading...