beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gərək ayrılığa dözüm bu gündən

Heyif ki, ayrılıq tez gəlib çatdı,
Günəş parlamamış qaraldı, batdı.
Sevən ürəyimdə kədər boy atdı
Gərək ayrılığa dözüm bu gündən.

Məncə, müqəddəsdir ilk əhdi-peyman
Məhəbbət yolunda olsa da boran.
Ancaq nə etməli, sevgili canan,
Gərək ayrılığa dözüm bu gündən.

Sən indi xoşbəxtsən, sevdin ürəkdən,
Özün də bilmədən ayrıldın məndən.
De, necə ayrılsın sevən sevəndən?
Gərək ayrılığa dözüm bu gündən.

Sevmişəm, sevməmiş olum mən səni,
Bəzən gül unudur yaşıl çəməni.
Unuda bilərmi sevən sevəni?
Gərək ayrılığa dözüm bu gündən.

Mövludam, itirdim səntək dilbəri,
Nə vaxtadək gəzim qəlbi yaralı?
Aldı ürəyimi Qırız maralı,
Gərək ayrılığa dözüm bu gündən


Tarix: 22.11.2014 / 23:23 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Sevgi şerləri