beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

≈GÖZÜMƏ AYRILIQ TOZU DOLUBDUR≈ [Nüsret HESEN]

≈GÖZÜMƏ AYRILIQ TOZU DOLUBDUR≈

[Nüsret HESEN]
****
Qiymetli canini üzme menimçün.
Eşqimin yasını saxlamıram men.
Gözüme ayrılıq tozu dolubdur.
Onunçün yaşarıb, ağlamıram men.
****
Var dövlet içinde rahat sür sefa.
Vicdana qapılıb düşünme meni.
Üreyi demirden olan bivefa.
Men bedbext hele de sevirem seni.
****
Beş günlük ömürü bada vermisen.
Menasız heyatı menasız yaşa.
Ne ferqin var indi daşdan qayadan.
Onlar tek sevgisiz sevdasız yaşa.
****
Meni xeyalına getirme bir de.
İki yol arası yoruluram men.
Sene güvenende bilmezdim axi.
Denizde ilana sarılıram men.
****
Rahat ol üreyim sızlamır menim.
Deyesen heç seni düşünmürem de.
Boşuna yazıram bu şeirleri.
Senin xatirende sürünmürem de.
****
Görürsen verirem sene teselli.
Ki, bilme Nüsretin gözü dolubdur.
Xoşbext ol arxanca ağlamıram men.
Gözüme ayrılıq tozu dolubdur.
****
müellif: Nüsret Hesen
04.08.2013


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 171 Bölmə: Sevgi şerləri