Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yerin Yaman Bos

Yerin yaman boş
boşanmışam öz səbtimin əlilə boşqab qazanlardan
və yaxınlaşmışam sətirin başına
indi başara bilirsən buyur başla məni
başla qazanmağa məni sevgi boş söz deyil
ağzıma daş torpaq

inananmazsan necə yaz eləmişəm bir damla yağmurla
sankı bayram
və Təbərizi necə qoşmuşam sizlərə bilməzsən
elə belə qoşmamışam
qırılsa qoşunlar güllə yağsa qurquşumlar
ayrılığı bacaranmazsan

ama dinmə dinmə boş ver
pişik bəzəyənlər nər- nər bəzənirlər
yanıq gəlir ətimizin iyisi sicillilərdən vəraq vəraq
ax …
axmaq sandıqlara güppültü necə düşür səsimiz
necə batıb çıxmır qumucumuz
veran veran necə axsayır qol-qıçımız
cin toxumu cücərir ağaye intixabat telviziyon tozanağından
oxtapus dırmanır baş-beynimizin duvarından

ohoooy möhətərm buynuzlugillər
kim olasınız da sizlər
boynunuzda böyük böyük haq maqqımız var
bu ot bu su bu da tövləniz
elədən buyurun bu yandan
buyurduqlarımızı belədən buyurun o yandan
bu da sizin sivil sıçımınız

göz qulağın haraya gedib?
bu yandan bizi dönərsə xıyaban
o yandan bizi çıxarsa dünya
nə qazancın mən
nə seçimin olanmayacağam
bunu serçə də bilir siçan da çınar da sən də mən də
sən çatlaq gec çatdın gicələ gicələ
mənsə qıvraq qaçırıldım astaminofen gecələrə
canın sağ olsun
mən, saçlı suçlu
seçimimi yapmış
intixabatı toxmaqla tıklamış biri
indi nə yazmaq? Sən İstirsən yaz bundan sonra
mən ki yaz yaman eləmişəm
yağmuru bir damlacıq başxan eləmişəm cəmi cumhuruma
səni mən artmışam artıram
daşını ətəyimdən ata ata
atanmıram atmıram


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 99 Bölmə: Sevgi şerləri
loading...