Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Seni Sevirem

Mənim qəlbimdə təkcə sənsən
Sən mənim bağımda qızıl gülümsən
Sevgilim gəl tənha qoyma məni
Mən səni sevirəm, sevirəm səni

Sənsiz həyatda dəli olaram
Sənsiz bu dünyada mən yaşamaram
Sən sevgi oxunla vurmusan məni
Mən səni sevirəm, sevirəm səni

Bilirsən niyə sevirəm düzü
Mən səni sevirəm üç kəlmə sözü
Demirsən sevgilim yıxırsan məni
Mən səni sevirəm, sevirəm səni

Sevginin atəşində yanan mən oldum
Heyva kimi saralıb, gül kimi soldum
Şair şeirində yada saldı səni
Mən səni sevirəm, sevirəm səni


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi şerləri
loading...