beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YOXDUMU

Ay əlləri əllərimdən üzülən,
Yollarına quyu, tikan düzülən,
Ay ürəyi ürəyimdə əzilən,
Bu gedişin bir dönüşü yoxdümu?

Şimşək kimi çaxıb,yoxa çıxmısan.
Məndən sonra neçə gözə baxmısan,
Dağılmayan bir qalanı yıxmısan,
Baxışın od, kipriklərin oxdumu?

Bir sevgin var, bir həsrətin sözümdə,
Artıq otlar göyəribdir izində,
Dünya yaman ucuzlaşıb gözümdə,
Sənin necə, xeyrin, nəfin çoxdumu?

Səhrada su axtarıram, çayda qum.
Soyudu, yad oldu, o isti YURDUM
Səni sevdim ama yaman yoruldum,
Sənsiz keçən zamandımı, vaxdımı?

Hər baxışda bir xatirən yaşayır.
Kim söylədi, məni özündən ayır?
Dönməsən də, dilim hələ gün sayır,
Yellər yerlə sürükləyir taxdımı.

Urek dedim dönük çıxdı UREYIM,
Əslində təkcə o idi gərəyim.
İstəmirdim, səndən suyu, çörəyi,
Bircə dəfə soruşaydın, sağdımı?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Sevgi şerləri