beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unutmur Urek

Xeyalin qonagim olur her gece,
Dolursan gozume sirin yuxutek.
Men seni, ay omrum, unudum nece ?
Unudum deyirem, unutmur urek !

Belke de, hec menden yoxdur xeberin,
Sen qaya parcasi, men qelbi kovrek.
Qalmisam elinde qemin, kederin,
Unudum deyirem, unutmur urek !

Bilirem, qismetim olmayacaqsan,
Bu ilk mehebbetin yollari godek.
Olum unutmaqdan min defe asan,
Unudum deyirem, unutmur urek !

Qoruya bilmerik, sert gelib bu qis,
Sevgimiz usuyen yetim bir cicek.
Dilimde Allaha bu son yalvaris,
Unudum deyirem, unutmur urek !

Bir duygu qelbi goynedir herden,
Seni yox ozgeni seveydim gerek.
El ceke bilmirem xatirelerden,
Unudum deyirem, unutmur urek !


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 262 Bölmə: Sevgi şerləri