beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Raziyam

Xəlq edib verdin mənə məxsusi görkam raziyam
Rəbbisən aləmlərin səndən min aləm raziyam

Zərrə idim əhdi-peyman baqladiq xəlq eylədin
Qulluqumda hər zaman qəddim ola xəm raziyam

Cismi səndən,can da səndən, ixtiyar səndədisə
Mən kiməm ki,gəlsə səndən hər nə var qəm raziyam.

Sən verən hər dərdi-qəm baldan şirindir aşiqə
Istiyirsən ver ya vermə dərdə məlhəm raziyam.

Mən olum bir körpü kecsin hami məndən Cannatə
Sonda man olsam da tək əhli Cəhənnəm raziyam.

Coxlarin həmraz edib salmiş bu dünya sehrinə,
Göz baxar görməz görünməz mən onun həmraziyam.

Kaş gələydi ALLAHimdan bir səda məhşər günü
Elşəna mən sən kimi quldan dəma-dəm raziyam.

Hacı Elşən Xəzər


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi şerləri