beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Narahat Olma

Daha gəlməyirsən görüş yerinə,
Heç mən də getmirəm, narahat olma.
Yəqin, zeng də çatmir indi nomrene,
Men de zeng etmirem, narahat olma. Əvvəl pəncərəndə pərdə qaraydı,
Rəngini dəyişib yenə bir aydı...
Sizin evinizin səmti haraydı,
Hayandı bilmirəm, narahat olma. Dünən qaranlıqda biri kolgə tək,
Səni izləyibmiş evinizədək...
Yəni bu şəhərdə bir mənəmmi tək?
Sanma ki, o mənəm, narahat olma. Neyləyim, heç cürə görmürsən məni,
Mən ayrı aləməm, bilmirsən məni.
Bəlkə də, sən daha sevmirsən məni,
Ehh! Mən də sevmirəm, narahat olma.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 26 Bölmə: Sevgi şerləri