beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonuncu Papirosun Negmesi

ndi barmaqlarım səs kimi titrək,
Uzun səkilərin uzun yuxusu
Sonuncu qatarı
yola salantək,
Yola salacağam son papirosu.

Quru gözlərimə birdən yaş dolar,
Birdən kövrələrəm,tənhalaşaram.
Bu ögey şəhərdə bütün daşlara,
Bütün ağaclara doğmalaşaram...

Hanı məni sevən?
Hanı mən sevən?
Ürəyim yeriklər addım səsinə.
Bir vaxt qapısını çırpdığım evin,
Həsrətlə baxaram pəncərəsinə...

Tutar boğazımı qəhər bu gecə,
Çağırsam-
bir kimsə hay verməz mənə.
Sevgiylə doludu şəhər bu gecə,
Niyə o sevgidən pay verməz mənə?

Gecə baxtı gülər utancağın da,
Görməzlər yuxuda sevişənləri.
Yerə düşər
səhər duracağında
Yuxu qatarların sərnişinləri.

Açılar səhəri
hər səhər kimi-
Ən qatı papiros çəkənlərin də.
Yenə ilk papiros
ilk əsgər kimi,
Ölər barmaqların səngərlərində...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Sevgi şerləri