Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəl Tutaq əl-ələ!

Gəl tutaq əl-ələ atlanıb düşək
Uçaq səmalara sevincimizdən,
Gəl tutaq əl-ələ uzağa gedək
Kədərin əlindən qəmin əlindən.

Gəl tutaq əl-ələ küsüb barışaq
Biraz sevinc olsun, bir az da kədər,
Eşqin alovunda yanaq alışaq
Ya axşam kül olaq, yadakı səhər.

Gəl tutaq əl-ələ ağlayaq, gülək
Həm gözdən yaş axsın, həm dodaq qaçsın
Tutaq qəlbimizdə min arzu dilək
Əhdimiz aləmə qoy şəfəq saçsın.

Gəl tutaq əl-ələ xəyala dalaq
Qoynunda təbiətin, çölün, çəmənin
Qayıdaq keçmişə biz uşaq olaq
Görək nəvazişini baba, nənənin

Gəl tutaq əl-ələ keçmişə gedək
Səyahət eyliyək nağıllara biz,
Mən bir iblis olum sən nazlı mələk
Bir olsun həmişə diləklərimiz!.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Sevgi şerləri
loading...