Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəniz Olmaq Istəyərdim...

Dəniz olmaq istəyərdim....

Başımın sonunun müəyyən olunmasını,
İçimə yüzlərlə ürək sığmasını
Həyata dəniz kimi baxmasını
Öyrənmək istəyərdim!

Dəniz olmaq istəyərdim...
Dalğalarımı qayalara vurub!.
Rahatlamağı,sakitləşməyi
Heç kimi eşitmədən....
Yaşamaq istəyərdim.

Dəniz olmaq istəyərdim...
Hər kəsin dərd ortağı olmağı
Hönkürtü ilə yoldaşlıq etməyi
Dərin sevgiləri....
Hiss etmək istəyərdim......

Dəniz olmaq istəyərdim...
Ey böyük dəniz!
Sən olmaq istəyərdim!....
Baharı,qışı,yazı
və payızı....
Taa ürəyimdə hiss etmək istəyərdim.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 43 Bölmə: Sevgi şerləri
loading...