beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Esgerem Sen Niwanli

Düşünməzdim sevgim bir gün olar hədər,
Tora salar həyatimi aci kədər.
Çarəsizəm Gozləyirəm sənnən xəbər.
Hər bir günüm həyacanli,
Mən əsgərəm sən nişanli...

Öz əlimlə qiymaq istərəm canima,
Kaş gələrdin Əsgər yarinin yanina..
Lənət olsun sənlə keçən hər anima.
Beynim qəzəb,gözüm qanli,
Mən əsgərəm sən nişanli...

Düzülürük hər gün əsgər sirasinda.
Gözüm qaldi gözlərinin qarasinda,
Qovruluram iki dərdin arasinda,
Nə o,yanli nə bu yanli.
Mən əsgərəm sən nişanli...

Ayrilsagda xoşbəxtlikdir arzum sənə.
Göz yaşimi axidiram dənə-dənə.
Qürbətdəyəm təsəllidir şəklin mənə..
Eşitmişəm var sevgilin adli-sanli,
Mən əsgərəm sən nişanli...

Dua etdim Allahima bir gün gələr.
Öz yarina qovuşacaq hər bir əsgər.
Öldü sevgim,məzar oldu mənə səngər.
Vüsal yazdi bu şeirini canli-canli,
Mən əsgərəm sən nişanli...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Sevgi şerləri