beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gel Seni Ciynimde Aparim Olu

Bu da ki,bu ömrün görəcək günü,
Sən də bir az gülüb,bir az ağla keç.
Öz doğma anam da,bətnində məni,-
Doqquz aydan artıq saxlamadı heç... O adam ömrünü söküb aparıb,
O adam evini tikib bax belə...
Bu ölüm nə sirrdi,büküb aparıb,
Daş altda basdırıb gəlirlər elə? Nə qədər dartsan da,çatmaz ulduza,
Necə də gödəkmiş hamının dili...
Dur ayağını ver o əlil qıza,
Gəl səni çiynimdə aparım,ölü!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Sevgi şerləri