Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hələ Də Sevirəm Sevgilim Səni

Bu gecə yadıma düşmüsən hardan,
Unuda bilmirəm sevgilim səni.
Güllər ayrı düşdü yazıq bahardan,
Hələ də sevirəm sevgilim səni.

Ürəkdə arzular dərd qubar oldu,
Sevinc uzaq düşdü, kədər yar oldu,
Bahar tez ötüşdü, yenə qar oldu,
Hələ də sevirəm sevgilim səni.

Nə vaxtsa dönərsən gözlərəm hər dəm.
Gör ki, neçə vaxtdı həsrət çəkirəm,
Ümidsiz qəlbimə ümid əkirəm,
Hələ də sevirəm sevgilim səni.

Sənə sevinc verdim sən mənə qəmi,
Hicran dəryasında yol gedir gəmi,
Alsan da izimi bütün kölgəmi,
Hələ də sevirəm sevgilim səni.

İlk sevgi gətirdin mənim dünyama,
Tək qoydun Rusifi bu yolda amma,
Daha xatırlamaz eşqini sanma,
Hələ də sevirəm sevgilim səni...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Sevgi şerləri
loading...