Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dıngıldedır

Həm vəkil, həm nazirəm, dollar
məni dingildədir,
Milli Məclisdən keçən yollar məni
dingildədir.
Qatmışam qatdırmışam, reklam
edib satdırmışam,
Litrəsi üç-dörd minə «şollar» məni
dingildədir.
Çoxların billah, gedər-gəlməz yola
göndərmişəm,
Qandala çəkdirdiyim qollar məni
dingildədir.
Xaş-xaşın əla növün parniklərə
səpdirmişəm,
«Tuz»ları məst eyləyən kollar məni
dingildədir.
Mersedes-Bens ilə Mazda, Linkoln,
Passat, Fiat,
Əyri yolnan düz gedən rullar məni
dingildədir
Daq satıb yallanmışam, bağlar alıb
bağlanmışam,
Bağlarımda tər tökən qullar məni
dingildədir.
Marketin «Super»ləri, İnter
«Şop»un ceyranları,
Bir də ərsiz pullular, dullar məni
dingildədir.
Mülkümün gözlər çıxardan bir-
bəzəkli damları,
Parketi par-par yanan pollar məni
dingildədir.
Kim desə, Pünhan, inanma guya ki,
bir üzlüyəm,
Gündə yüz yol girdiyim rollar məni
dingildədir..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi şerləri
loading...